Ölkə

Həyət evi tikmək istəyənlər - BU XƏBƏRİ MÜTLƏQ İZLƏYİN!

1-01-2017, 23:57
Həyət evi tikmək istəyənlər - BU XƏBƏRİ MÜTLƏQ İZLƏYİN!
Yanvarın 1-dən etibarən dövlət başçısının fərmanı ilə Bakıda yerli icra hakimiyyətinin bələdiyyə torpaqlarında tikintilərə rəy verilməsi dayandırılır.

Bu gündən etibarən Bakı ərazisində bələdiyyə torpaqlarında fərdi yaşayış evlərinin o cümlədən digər obyektlərin tikintisi dayandırılır. Buna səbəb həmin ərazilərin kommunal və kommunikasiya sisteminin normal qaydada qurulmasını təmin etməkdir. Görəsən bu qayda hazırda inşası davam edən yaxud yarımçıq qalan tikililərə də şamil ediləcəkmi?

Yanvarın 1-dən etibarən dövlət başçısının fərmanı ilə Bakıda yerli icra hakimiyyətinin bələdiyyə torpaqlarında tikintilərə rəy verilməsi dayandırılır. Buna səbəb ərazilərin mühəndis-kommunikasiya təminatını qaydalara uyğun qurmağı təmin etməkdir.

Ekspert deyir ki, yağışlı və soyuq havalarda yaranan problemlərin əsas səbəbi məhz əvvəlllər bunun nəzərə alınmamasıdır. digər tərəfdən sonradan aidiyyəti qurumlar belə problemləri aradan qaldırmaqda da çətinlik çəkir.

Yəni əsas məqsəd bələdiyyə torpaqlarında gedən aparılan ev digər obyektlərin tikintilərini dayandırmaq və həmin ərazinin şəhərsalma qaydalarına uyğun tam öyrənilməsindən sonra lazım infrastrukturu rahat şəkildə quraşdırmadır. Bu qərar qanunsuz olaraq bələdiyyə ərazilərində aparılan və başa çatmamış bütün tikililərə də aid edilir. Yəni yanvarın 1-dən aidiyyatı qurumlar gəlib həmin ərazilərdən gedən tikinti işlərini saxlaya bilərlər. Ekspert Ruslan Atakişiyev bildirir ki, bələdiyyə ərazilərində lazımı dövlət infrastrukturu qurulduqdan sonra həmin ərazilərdə tikintilərin bərpa edilməsi mümkün ola bilər.

Bakı ərazisində bələdiyyə ərazilərində tikintilərin dayandırılması qərarına Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin peyk görüntüləri ilə nəzarət ediləcək. Baş verən dəyişikliklər ani olaraq qeydə alınaraq bunu edənlər barəsində qanuna uyğun tədbirlər görüləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]