Ölkə

“Gündəlik Bakı”-nın baş redaktoru həbs olundu

6-12-2016, 23:04

"Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev həbs olunub.Moderator.az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının xüsusi əməliyyatları nəticəsində saxlanan H. Vəliyev vətəndaşları və məmurları şantaj etməkdə təqsirləndirilir.

Xatırladaq ki, keçmiş MTN-nlə əlbir olub rekertçiliklə məşğul olan mətbuat orqanları arasında "Gündəlik Bakı” qəetinin də adı hallanırdı.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən bir neçə şəxs rekertçilikdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]