Ölkə / Elm

81 nömrəli məktəbin direktoru Mehriban Əlizadə qanunları ayaq altına atmaqdan çəkinmir...

23-11-2016, 01:24
Azərbaycan təhsilinin çoxsaylı problemləri hamıya məlumdur. Nazirin dəyişməsinə baxmayaraq, təhsilimizdə hələ də «köhnə hamam, köhnə tas»dır. 

Düzdür, Mikayıl Cabbarov bu sahədə bir sıra islahatlar həyata keçirib. Amma əsas problemlərin böyük hissəsi həll olunmamış qalır. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu gün orta ümumtəhsil müəssisələrinin bir çoxunda neqativ hallar hökm sürür. Belə ki, məktəb direktorları müxtəlif qanun pozuntuları törədirlər ki, bu da son nəticədə müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Təhsilə yad ünsürlərin mövcud olduğu təhsil ocaqlarından biri də Bakı Şəhəri, Sabunçu rayonu, S.Ə.Şirvani 18 ünvanında yerləşən 81 nömrəli tam orta məktəbdir. Mətləbə keçməmişdən əvvəl qısaca vurğulamaq istəyirik ki, bu məktəb 1920-ci ildən fəaliyyət göstərir. Məktəb 650 nəfər tutumludur, 2 növbəli, 6 günlükdür, tədris həm Azərbaycan, həm də Rus bölmələri üzrə aparılır. Məktəbdə 1181 şagirdin təlim-tərbiyəsi ilə 83 müəllim məşğul olur.
Redaksiyamıza daxil olan məlumatlara görə, bir neçə ay öncə məktəbə direktor təyin olunan Mehriban Əlizadənin fəaliyyətində kifayət qədər nöqsan mövcuddur: «Ötən dərs ili 81 nömrəli məktəb üçün o qədər də uğurlu olmadı. Bu il ali məktəbi bitirən məzunlar 1 və 4-cü qruplar üzrə imtahanlarda elə də ciddi nəticə göstərə bilmədilər. Bunun hamısının səbəbkarı Mehriban Əlizadədir. Çünki direktor üçün məktəbdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması başlıca məqsəd deyil. Bu xanım ancaq şəxsi maraqları üçün çalışır. Məktəbin bəzi müəllimləri uzun illərdir ki, Azərbaycan təhsilinin inkişafı üçün səy göstərir. Direktor həmin kadrları müxtəlif bəhanələrlə incidib sıxışdırır. Yerinə isə yeni işçilər götürmək istəyir. Haqsızlıqla işdən çıxarılan işçilərə misal olaraq məktəbin təsərrüfat işləri üzrə direktor müavini Ramil müəllimi, təşkilatçı müavin Xuraman müəlliməni göstərmək olar. Direktor bu şəxslərə təzyiq göstərərək öz ərizələri əsasında işdən çıxarıb».(gundelik-baku)Aldığımız məlumatda o da bildirilir ki, direktor ötən dərs ilində ödənişli əlavə məşğələlərin keçirilməsi üçün şərait yaradıb: «Müəyyən məbləğ müqabilində müəllimlərin məktəbdə repititorluq fəaliyyətlərinə göz yumur. 81 nömrəli məktəbdə vəziyyət olduqca acınacaqlıdır. Hazırda direktorun başı attestatların verilməsinə, eləcə də 1-ci sinifə qəbula qarışıb. Uşaqların 1-ci sinifə qəbul qiyməti 100-300 manat arasında dəyişir». Qeyd edək ki, 81 nömrəli orta məktəbdə cərəyan edən qanunsuzluqlar bununla bitmir. Yaxın günlərdə məktəbdə saxlanan «ölü can»lar, təsərrüfat işləri üçün ayrılan vəsaitin necə xərclənməsi, direktorun hansı pulla bahalı maşın alması və daha kimləri işdən çıxarmaq istəməsi barədə maraqlı faktları diqqətinizə çatdıracağıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]