Ölkə

Baş redaktor təzyiq səbəbi ilə ölkəni tərk edir

21-12-2015, 17:54
Baş redaktor təzyiq səbəbi ilə ölkəni tərk edirMən Neftçala rayon sakini Bəhruz Əliyev .Məni 1 dekabr 2015 çi il tarixdə Polis rəisi palkovnik leytinant Vüsal Şəbəndiyev Neftçala rayon Polis idarəsinə zəng vurub çağıtdıraraq məni həbs edəcəyini "səni polisə müqavimətlə içəri yoluyacam "deyərək məni söyüb- təqqir etmişdi.

"Neftçala rayon İcra başçısı İsmayıl Vəliyevdən yazma get onu təriflə” deyərək hədələmişdi.Bu haqda mən Daxili İşlər naziri Ramil Usubova açıq məktub yazıb şikayətimi bildirmişdim.Şi kayətimdən dərhal sonra Polis işçilərindən biri yaşadığım ünvana gəlib xahiş etdi ki, şikayətimi çəkim.Mən onun sözünü yerə salmadım və şikayətimi dayandırdım.

Lakin bu gün Neftçala rayonunun DYP əməkdaşları mənə yaxınlaşaraq bildirdilər ki,sən cərimə olunmusan guya mən həmən günü hansısa yolu tərs keçmişəm onun üçün polis şöbəsinə aparılmışam .DYP nin maşınında kamera var ,gətirib göstərsinlər ki,mən yolu tərs keçmişəm ,absurd bəhanələrdir.

Məndə səs danışıqları var .Daxili İşlər Nazirliyinə təqdim edə bilərəm ki,onlar həyətə gəlib məndən xahiş ediblər ki, şikayət etmiyim.Polisə müqavimət ilə prokurorluğa yolanılan raportu qanunsuz olduğu üçün prokuror rədd etmiş onun üçün məcburi mənə öz qanunsuz əməllərini ört basdır etmək üçün belə bir cərimə yazıblar.

Mən bu qanunsuzluqlard an təngə gəlmişəm,bilirə m ki Neftçala rayonunda yaşasam İcra başçısı məni şərlətdirib həbs etdirəcək, onun üçün mən başqa dövlətdən sığınacaq istəyəcəm.

NİA.az saytının rəhbəri Bəhruz Əliyev


1 dekabr 2015 il tarixdə Cənab Nazir Ramil Usubova ünvanladığım şikayət məktubu.

"Hörmətli cənab Nazir! Mən Neftçala rayon sakini Əliyev Bəhruz İmanqulu oğlu yazıb sizə bildirirəm ki,məni Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndiyev polisə çağıraraq ağır söyüşlər ilə söyüb həbs edəcəyini bildirdi. O mənə;” Sən kimsən ki,DYP-nın rəisindən yazı dərc etmisən. Bu dəqiqə onu vuraram və deyərəm sən vurmusan,şərlə yərəm səni, məhv edərəm, qoymaram rayonda yaşayasan. Saytını sənin gözünə soxaram, dərdini heç kimə deyə bilməzsən.”

Polis rəisi polkovnik Vüsal Şəbəndiyev vəzifə səlahiyyətlərin dən sui-istifadə edərək məni 3 il həbs etdirəcəyini bildirdi. Polisdə məni 3 saat qanunsuz saxlayaraq rəis bildirdi ki” Səni süründürəcəm, mən Ramil Usubovun adamıyam sənin şikayətinə kim əhəmiyyət verəcək.”

Cənab nazir mən şokda idim, bilmirdim mən polis şöbəsində yoxsa hardayam. Söyüşləri havada uçurdu,elə bil rəis məni alçaltmaqdan doymurdu.Sonund a mənə bildirdiki, əgər azad yaşamaq istiyirsənsə get icra başçısını təriflə. Mənə məlum oldu ki,məni DYP-dən dərc olunan şikayətə görə yox, Neftçala rayon Icra başçısı İsmayıl Vəliyevdən yazdığım tənqidi yazılarla əlaqədar söyüb təhqir edir və 3 il həbs edəcəyini bildirir. Mən nə edəcəyimi bilmirəm özümü öldürmək həddinə çatdırıblar.

Hörmətli cənab Nazir! İnanıram ki, siz mənə köməklik göstərəcəksiniz . Azərbaycan Respublikasının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev 1993-cü illərdə Sizi Nazir vəzifəsinə təyin edərkən Sizə inandığını və etimad etdiyini bildirmişdi. Mən də səmimi qəlbdən Sizin ədalətinizə, humanistliyiniz ə inaniram.”(NİA.AZ)

Administratorla əlaqə

077 611-55-22

[email protected]