Müsahibə

Dr. Seyid İbrahim İrbrahimi ; İki ölkə tapa bilmərik yer üzündə İran və Azərbaycan can kimi bir- birilərinə bu qədər oxşasın

23-11-2015, 06:57
Dr. Seyid İbrahim İrbrahimi ; İki ölkə tapa bilmərik yer üzündə İran və Azərbaycan can kimi  bir- birilərinə bu qədər oxşasınSon vaxtlar İranla Azərbaycan arasında hərtərəfli tarixi əlaqələrdə ciddi canlanma müşahidə olunmaqdadır. Bu işdə xüsusilə İran səfirliyinin Mədəniyyət Mərkəzi böyük rol oynayır. Mərkəzin rəhbəri bütün canı ilə Azərbaycana bağlı olan, Azərbaycanşünas alim Dr. Seyid İbrahim İrbrahimi ikitərəfli əlaqələrin inkişafında vasitədir desək, yanılmarıq. Tez-tez müxtəlif səpgili tədbirlər keçirən, Azərbaycan və İranının ayrı-ayrı mədəniyyət və təhsil qurumları arasında körpü yaradan bu şəxslə görüşümüzün məqsədi elə gördüyü işlər barədə məlumat almaq idi. Beləliklə, oxucularla budəfəki görüşdə İran səfirliyinin Mədəniyyət Mərkəzinin sədri. Dr. Seyid İbrahim İrbrahimidi
1.Həm İran , həm də Azərbaycan qədim mədəniyyət mərkəzləridir. Bu gün iki ölkə arasında mədəni münasibətlərin səviyyəsini necə səciyyələndirərdiniz?
Əsrlər boyu İran və Azərbaycan xalqı bir ölkədə yaşayıblar. Bir tarix boyu bahəm bir yerdə olublar, bir dildə danışıblar, bir dinə inanıblar. İki ölkə tapa bilmərik yer üzündə İran və Azərbaycan can kimi bir- birilərinə bu qədər oxşasın və bir-birinə bu qədər xalqları məhəbbət etsin və qohumluq əlaqələri olsun .İran və Azərbyacan xalqı bir- birindən ayrı düşdülər. Bu SSRi vaxtına təsadüf etdi. O zaman 70 ildən artıq bir vaxt edir ki, həmin vaxt bu iki xalq bir –birindən ayrı düşdülər, həmin vaxt hər iki xalq Araz çayının o tərəfində olan bu tərəfi üçün dua edirdi, bu tərəfində olan xalq Arazın o tərəfində olanlar üçün dua edirdilər. Hər iki xalq bir-birindən intizarda oldular. Bu heç bir xalqda görünməmişdir ki, bir-birinə bu qədər bağlı olsunlar. Bu iki xalqın qohumluq əlaqələri də olmuşdur. Araz çayının o tərəfində bibi qaldı, bu tərəfində qardaş uşaqı qalmışdır beləcə demək olar ki, nəinki iki xalq, mən deyərəm qohumlar bir- birindən ayrı qaldı. Allaha şükür edirəm ki, Azərbaycan öz istiqlalını tapdı və müstəqil oldu və bu əlaqələr yenidən bərpa oldu.
Azərbaycan müstəqilliyini əldə edəndən sonra İran da Azərbaycanın ilk müstəqilliyini tanıyan dövlət oldu. Həmin vaxt Azərbaycanda ilk yaradılan səfirliklərdən biri İran səfirliyi oldu və İran səfirliyinin Mədəniyyət Mərkəzi də açıldı. Beləcə hər iki ölkənin mədəni , ictimayi ,siyası əlaqələri təzədən bərpa oldu. Bildirim ki, mən artıq İran Səfirliyinin Mədəniyyət Mərkəzinin üçüncü müdiriyəm ki, fəaliyyət göstərirəm. Məndən qabaq birinci İran səfirliyinin Mədəniyyət mərkəzinin rəhbəri Hüccəti İslam və Müslümün Ocaq Nijad ağa olmuşdur, ondan sonra İbrahim Nuri cənabları olmuşdur , indi də mən Mədəniyyət Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərirəm. Hər bir rəhbər işə başlayanda bir məqsədi olur, mənim də məqsədim əsas İran mədəniyyətini o cür ki, var Azərbaycanda tanıtmaq, Azərbaycanın mədəniyyətinidə necə var o cürdə İranda tanıdılmasında əlimdən gələni etməkdir. Məndən qabaqki İran səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbərləri də əlindən gələni ediblər ki, hər iki ölkənin mədəniyyət və incəsənətini bir- birinə tanıtsınlar. İran mədəniyyət mərkəzi 20 il ərzində çox işlər görüb və görürdə. İran və Azərbaycanın mədəni, siyasi, ictimayi, iqtisadi əlaqələri bu son 20 ildə ən üstün həddə gəlib çatıb ki, buna görə hər iki ölkənin rəhbərləri böyük səy ediblər və edirlər ki, bundan üstün səviyyəyə çatsın. Belə olan təqdirdə mədəni əlaqələr də daha da dərinləşir. İndi hal-hazırda qərara gəlmişik ki, İranda da Azərbaycan mədəniyyət günləri keçirlisin və bunun üçün Təbrizdə, Tehranda, Ərdəbildə, Urmiya və s İranın böyük şəhərlərində mədəniyyət günləri çərçivəsində Azərbaycan müsiqiləri , teatırları,kinoları İran xalqına tanıdılmasıdır. Həmçinin Azərbaycanda da İran mədəniyyət həftəsi keçiriləcək. Həmin vaxtda Azərbyacanda İran aktiyorları və rejisorları tiyatır göstərəcək , kino həftələri olacaq və s mədəniyyətlərin bir- birinə tanıdılması yolunda bu cür uğurlu fəaliyyət göstərəcəyik
2.İran Mədəniyyət Mərkəzi Azərbaycanda 20 ildir fəaliyyət göstərir. Qarşıya qoyulan məqsədə nail ola bildinizmi?
O cür ki, dedim əvvəldə işimiz mədəniyyət sahəsində hər iki xalqın mədəniyyətini bir- birinə tanıtmaqdır və bu sahədə gördüyümüz iş görmədiyimizdən daha çoxdur. Demək olar ki, bununda səbəbi potensialların çox olması ilə əlaqədardır. Misal üçün deyə bilərəm İranda hər il yüz əlli, və iki yüzə yaxın kino keçirilir, həmçinin tiyatır tamaşaları hazırlanır, rəsim sərgiləri keçirilir , mahnı bəsdələnir. Bunun çox az hissəsini Azərbaycanda təqdim və təbliğ edə bilirik. Həmçinin də Azərbaycanda mədəniyyət sahəsində çox işlər görülür ,amma İranda çox az hissəsi təqdim oluna bilir. Bu baxışla getmədiyimiz uğurlu yolumuz çox azdı. Mən Dr. Seyid İbrahim İrbrahimi ; İki ölkə tapa bilmərik yer üzündə İran və Azərbaycan can kimi  bir- birilərinə bu qədər oxşasınbelə başa düşürəm ki, uğurumuz yüzdə iyirmi faizdir. Bu əslində çox böyük uğurdu ,amma buna qane deyilik.İstərdim ki, mədəniyyət sahəsində təbliği daha çox edək və edirikdə. İranı Azərbaycanda mədəniyyət sahəsində o cür ki, var yaxşı tanımırlar ,həmçinin Azərbaycanı o cür ki var tanımırlar, bəzi qüvvələr və xarici ölkələr var ki, İran və Azərbaycan xalqlarını bir- birini yaxından tanımasına mane olmaq istəyirlər, öz maraqlarına xatir. Bu cür qüvvələr İranda da var Azərbaycanda da var. Bu qüvvələrin maraqlarına və xarici dövlətlərin maraqlarına ziddir ki, bu iki qardaş xalq bir- birinə yaxın olsun və sıx əlaqədə olsun.Onlar əlindən gələni edir ki, bunun qarşısını almaq üçün. Çox sevindirici haldır ki, hər iki dövlət rəhbərləri və xalqları buna baxmayaraq bir- biri ilə sıx əlaqə yaratmaq istəyirlər və yardırlarda .

3. İran Mədəniyyət Mərkəzinin gələcək planları nədən ibarətdir?
Bizim mədəniyyət sahəsində bir çox proqramlarımız vardır.Onun birincisi musiqidir. Keçən həftə Bakı flarmoniyasında İranın cavan bəstəkar və piyanosti Kuriya Xadim ki, bir əsər yazmışdır “Ələmdar” adına ki bu musiqi HZ Əbulfəz (ə) həsr olunmuş musiqi səsləndi. Bundan əlavə Azərbaycanın tanınmış dirijoru Rauf Abdullayevin rəhbərliyi ilə bir konsert olmuşdur. Qərarımız budur ki, İran və Azərbaycanın milli orkesdirlərinin birgə konserti olsun . Bundan əlavə Şahin Fazilin sözlərinə Tofiq Bakxanovun bəsdəsi əsasında İran və Azərbaycan birgə dostluq surudu hazırlanır yaxın zamanda ictimayyətə təqdim olunacaq bu surud. Rəsim sahəsində istərdik ki, İranda Azərbaycanın rəssamlarının altmışa yaxın əsərinin sərgisi təşkil olsun . Tiyatır sahəsində qarşılıqlı fəaliyyət göstərmək üçün İrandan tanınmış tiyatırlarından biri Azərbaycana gələcək. Azdrama tiyatırında İran rejisorları “Kərbəla” adlı tamaşa hazırlayır və yaxın zamanda tamaşaçılar baxacaq.İran rejisor və aktyorlarının iştirakı ilə Lənkəran dövlət tiyatırında birgə “Sultanıma” tamaşası tamaşaya qoyulacaq. İranın kinoları Azərbaycan dilində tərcümə olunur və yaxın zamanda İran kino həftəsində həmin kinolara tamaşaçılar baxacaqlar. Bundan əlavə Azərbaycanın şairlərinin kitabları fars dilinə tərcümə edilərək İranda təqdim olunur . İranın tanınmış ədiblərinin və yazıçılarının kitabı Azərbaycan dilinə tərcümə olunur və burda oxuculara təqdim olunur bu cür fəaliyyət göstəririk . Kitab tərcüməsi sahəsində Dini Qurumlar işi üzrə dövlət komitəsi ilə əlaqələrimiz var bu sahədə.Həm Azərbaycan xəttatlarının əsərləri, həm də İran xəttatlarının əsərlərinin birgə sərgiləri keçirilib həm İranda ,həm Azərbaycanda.
4. Yeri gəlmişkən, yaxın aylarda hansı tədbirlərin keçirilməsi planlaşdırılıb?
Nəzərə alsaq ki, Məhərrəm ayıdır və bu ay İmam Hüseynin(ə) şəhadət ayıdır .Hər iki xalq istər İran xalqı olsun , istərsə də Azərbaycan xalqının Əhli-beytə və İmam Hüseynə məhəbbəti vardır və buna görə bütün tədbirlərimiz bu ay ərzində demək olar ki, Məhərrəm ayına aiddır. Bu məqsədlə biz bu həftənin cümə günü Həzrəti Zeynəbə həsr olunmuş tamaşa hazırlamışıq. İran səfrliyinin nəzdində fəaliyyət göstərən Şəhriyar Mədəniyyət Mərkəzində tamaşaya qoyulacaq. Bu ayın axırı bir konfrans təşkil olunacaq ki, “Kərbəla qiyamında qadınların rolu” mövzusunda . Qeyd etdiyim kimi İran və Azərbaycan tiyatır xadimlərinin birgə əmkdaşlığı ilə Azdrama tiyatırında “Kərbəla ” adlı tamaşa tamaşaya qoyulacaq . Gələn ay üçün üç -dörd kitab fars dilindən tərcümə olunub. Həmin kitabların təqdimatı olunacaq. Bildirim ki, bizim Mədəniyyət Mərkəzi yaranan gündən fars dilinin tədrisi ilə məşğuldur . Bu sahədə çoxlu tələbələrimiz olubdur. İndi bir çox Fars dili üzrə mütəxəssiz hal –hazırda fəaliyyət göstərir. Azərbaycan xalqının da fars dilini öyrənməyə marağı var. Bu marağın əsas səbəbi çox qədimdi ki, biz bir yerdə yaşamışıq hər iki xalqın ədibləri fars dilində əsərlər yazıb, bu gün həmin əsərləri başa düşmək üçün mütləq fars dilini bilmək lazımdır. Misal üçün deyə bilərəm ki, Məhəmməd Hüseyin Fizuli, Nizami Gəncəvi və s hətta muasirlərdən Mirzə Ələkbər Sabir və s farsca əsərlər yazıb. Həmin əsərləri başa düşmək üçün fars dilini bilmək şərtdi və bizdə mədəniyyət mərkəzi olaraq fars dilinin tədrisi ilə məşğul oluruq. İstərdim ki, sizin vasitənizlə oxuyuclara çatdırım ki, İran səfrliyinin Mədəniyyət Mərkəzinə müraciyyət etsinlər və bizim mütəxəssislər onları fars dilini öyrətməyə yaxından kömək etsinlər.

5. Sirr deyilsə, qiymətlər necə olacaq?
Bizim bu kurs vastəsi ilə pul qazanmaq niyyətimiz yoxdur. Burda qiymətlər şərti qoyulub və çox azdır. Kursda təsil almaq üçün qiymət təxminən ayda beş- on azn arası dəyişir.
6.Azərbaycanla maraqlanan və həyatını onun tədqiqinə həsr edən bir adam kimi deyə bilərsinizmi ki, bu gün ölkələrimiz arasında daha çox həllini gözləyən və ya həyata keçirilməsi zəruri olan nələr var? Hansı ki, bu gün özünüzə verilən misiyadan yararlanaraq şəxsən həmin məsələləri gerçəkləşdirməyə çalışacaqsınız?
İyirmi ildən artıqdır ki, İran və Azərbaycan mədəniyyət sahəsində sıx əlaqədə faliyyət göstərir bu fəaliyyəti daha da sıx etmək üçün bir çox proqramlar işləyib hazırlıyırıq ki, mədəniyyət sahəsində daha geniş əlaqələr quraq. Bu məqsədlə biz Azərbaycanın tanınmış unversitetləri ilə birgə konfranslar hazırlayaq. Bundan əlavə Azərbaycanın tanınmış şairləri , fikir adamları, ziyalılarla birgə əməkdaşlıq edək . Bu əlaqələri daha potensial işlərin görülməsi ilə gücləndirək. Bundan əlavə mədəniyyətlərin təbliği üçün Azərbaycan İranda mədəniyyət mərkəzinin açılması yönündə işlər aparır. İran dövləti Mədəniyyət Mərkəzinin fəaliyyətinə rəsmən razılıq verir. Gələcək əlaqələrimizin daha sıx olmasına da inanıram ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rolu böyük olacaq.
7.Mədəniyyət Mərkəzi olaraq Azərbaycanda Iran mədəniyyətini, incəsənətini daha yaxından və canlı tanış etmək üçün tədbirlər keçirmək niyyətiniz varmı? Məsələn, Azərbaycanda Iran kino həftəliyi, mədəniyyət sərgisi keçirilə bilər, hansısa aktyorlar və məşhur müğənnilər fərdi olaraq Bakıya gətirilə bilər və sair
Əvvəldə xüsusi vurğuladığım kimi İranın mədəniyyət günlərində və həftələrində İranının məhşur incəsənət xadimləri, müğənniləri rəssamları gəlir və gələcəklərdə. Misal üçün kino həftəsində İranın tanınmış kino rejisorları ,kino aktiyorları gəlirlər və gələcəklər. Həmçinin digər tədbirlərdə başqa incəsənət adamları gəlir və gələcəklər
8. Amma razılaşaq ki, əksər tədbir və adi görüşlər paytaxtda olur. Niyə Azərbaycanın əyalətlərinə çıxmırsınız? Axı Azərbaycanın ən ucqar kəndlərində də həm Fars dilini öyrənənlər var, həm də konkret olaraq Iranı tanıyan və sevən insanlar çoxdur…
Tam razıyam sizin fikirinizlə ki, biz bu gün bunu edə bilməmişik, bölgələrə və Azərbaycanın digər şəhərlərinə gedib çıxmamışıq, amma qəflətdə də deyilik.Azərbaycanın digər şəhərlərindən misal üçün deyim ki, biz Lənkaran dövlət tiyatrı ilə əlaqələrimiz var bunu əvvəldə demişəm . Bundan əlavə Gəncə şəhərində fars dili oxuyan tələbələrlə əlaqəmiz var onlarla görüşlər də keçiririk və s. Amma sizinlə tam razıyam ki, o cür ki, istərdik Bakıda olduğu kimi digər şəhərlərdə də tədbirlər keçirək onu edə bilməmişik. Bu o demək deyil ki, etmək istəmirik ,istəyirik ,amma imkanlarımız azdır. Inşallah gələcəkdə istərdik ki,Azərbaycanın digər şəhərlərində də mədəniyyət günləri və həftələri təşkil edək, inşallah edəcəyikdə. Bundan əlavə xüsusi olaraq qeyd edim ki, İranda xüsusi fars dili kursları var ki, tam pulsuz olaraq Azərbaycanın digər şəhərində olan tələbələr də gedir orda ancaq fars dili öyrənirlər. Biz fars dili üzrə Azərbaycanda olimpiada keçiririk və hər il bir çox Azərbaycan şəhərlərində bu olimpiadada iştirak edən vətəndaşlar olur və onların çoxu böyük naliyyətlər əldə edir və yer tuturlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]