Müsahibə

Allahşükür Paşazadə Kəbənin hörmətini pula satır?-MÜSAHİBƏ

15-07-2016, 20:08
Allahşükür Paşazadə Kəbənin hörmətini pula satır?-MÜSAHİBƏAzərbaycanda Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılıb. Səbəb isə VİP ziyarət üçün nəzərdə tutulan yerlərin hələ də dolmamasıdır. 
Əslində dini baxımdan bu yanaşma nə qədər düzgündür?
İnterpress.az bu məsələyə aydınlıq gətirmək üçün yaranmış suallarla tanınmış ilahiyyatçı və publisisit Cavid Cabbarlıya müraciət edib.

-İslam dünyasında yeganə vacib ziyarət Həcc ziyarətidir. Bu barədə Quran açıq şəkildə bəyan edir. 
Həm də həcc ziyarəti müsəlmanları birləşdirə bilən bir neçə əsas ünsürlərdən biridir. Allahın təkliyi, Məhəmmədin (s) peyğəmbərliyi, Quran və qiblə bütün müsəlmanlar tərəfindən qəbul olunmuş dəyərdir. Məhz bu dəyərlərlə islam ümməti birləşə bilər. 
Təəssüflər osun ki, qeyd etdiyim dəyərlərə qarşı müsəlmanlarda fərqli fikir formalaşdırmaqla İslam birliyinə ciddi maneələr yarada biliblər. Həcc ziyarətini bəzən şou xarakterli tədbirə çevirməklə, bəzən təşkilatçılıqda süni olaraq ciddi qüsurlar yaratmaqla, bəzən də ziyarətin mahiyyətini dəyişdirə biləcək neqativ hallara (ticaər və bu kimi məsələləri nəzərdə tuturam) yol verməklə Kəbənin hörmətini aşağa salacaq qədər təhlükəli cəhdlərə şahid oluruq. 
Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi Həcc ziyarətini isə heç zaman təqdirəlayiq hesab etməmişəm. Sənəd qəbulu üçün müddətin uzadılması isə təəccüblü məsələ deyil. 

İdarə həcc ziyarətini təşkil edir və ölkədə bu sahəni tam əlinə alıb, istədiyi formada, istədiyi qiymətlərlə oynayır. VİP ziyarət anlayışı isə həcc məntiqinə tam ziddir. Həcc mərasimini kiçik qiyamət adlandırırlar. Yəni hamı bir nəfər kimi kəfəni xarakterizə edən ehram paltarı geyinir, eyni əməlləri eyni qaydalar çərçivəsində edir. 
Həcc əməllərindən hər hansı biri edilməsə, yaxud naqis edilsə ziyarət məqbul sayılmır. VİP ziyarət termini hardan və necə ortaya çıxıb anlamıram. 
Həcc ziyarəti haqqında bu termin ancaq Azərbaycanda işlədilir. Çünki təşkilatçı İdarə azərbaycanlıların şöhrətpərəst olduğunu anlayır və yaxşı istifadə etməyi bacarıb. 

-VİP ziyarət deyəndə ümuiyyətlə nə nəzərdə tutulur?

-Bu termin birmənalı olaraq hər hansı bir ziyarət haqqında deyilməməlidir. İstər Həcc kimi vacib ziyarət olsun, istər də müstəhəbb ziyarətlər. 
Müqəddəs məkanları ziyarət etmək üçün İslam böyüklərinin konkret göstərişləri var. Eyni zamanda ziyarət qaydaları mövcuddur ki, onlardan kənara çıxmaq vacib ziyarətdə haramdır, müstəhəbb ziyarətlərdə isə məkruh və bəyənilməyəndir. 
VİP ziyarət deyəndə bahalı və komfort hotellərdə qalmaq və bu kimi məsələlər nəzərdə tutulur. Hər halda bu termin ziyarətin mahiyyətini kölgələyir və insanlar arasında ikrah hissi yarada bilər. 
Allahşükür Paşazadə Kəbənin hörmətini pula satır?-MÜSAHİBƏ


-Həcc ziyarəti necə təşkil olunmalıdır? 

-Həcc ziyarəti iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə müsəlmanların Məkkə şəhərinə getmələri və orada rahatlanmaları nəzərdə tutulur. 
İkinci mərhələ isə Kəbənin ziyarət edilməsidir. Əsas problem və narahatçılıq birinci mərhələdədir. İkinci mərhələ hər məzhəbin öz qaydasına uyğun təşkil olunmalıdır. Əks halda dediyim ki, ziyarət düzgün hesab olunmaya bilər. 
Birinci mərhələdə isə zəvvarların Məkkəyə çatdırılması, qalacaqları yerlər və sair işlər görüldüyü üçün bir çox narahatçılıq baş verir. Məsələn fikrimi bir qədər dəqiqləşdirim. Bir neçə il əvvəl Həccə gedən zəvvarlardan biri mənə danışdı ki, QMİ ondan VİP ziyarətin ödənişini alıb, hoteldə 2 nəfərlik otaqda 5 nəfər qalıblar.
Bu, çox adi hal kimi qiymətləndirilir. Bu kimi yüzlərlə fakt var. VİP ziyarət ən azı adi ziyarətdən 1000 (min) AZN bahadır. Göstərilən xidmət isə fərqli deyil. Hətta həcc əməllərinin icrasında da ciddi problemlərin olması barədə canlı şahidlər danışırlar. QMİ-in qrup başçılarından yəni bələdçilərdən də çoxsaylı şikayətlər olur. Belə hallar həcc ziyarətini şübhə altına ala bilər. 

-QMİ-nin təşkilatçılığı ziyarətin qəbul olunmasına şübhə yarada biləcək qədər problemlidirsə, başqa təşkilatçılara müraciət etmək olmazmı? 

-Bax elə problemin düyünü burdadır. Bildiymiz kimi Səudi-Ərəbistanına biz ancaq viza ilə gedə bilərik. Həcc mövsümündə də turist kimi viza verilmir. Yəni ora gedən məlumdur ki, ziyarətə gedir. Həcc ziyarətini ancaq QMİ təşkil edə bilər. Təqribən 10 il əvvəl Həcc ziyarətini təşkil edən bir çox şirkət var idi. O zaman rəqabət mühiti yaranmışdı və şirkətlər xidmət səviyyəsini artırmaqla qiymətlərdə endirim edirdilər. Demək olar ki, QMİ-nin vasitəsiylə ancaq rəsmi şəxslər, bir də fərdi tanışlığı olanlar gedirdilər. Azərbaycan obyektlərə bölünüb konkret fərdlərin arasında paylananda, bu sahə də QMİ-nin payına düşdü. QMİ bütün şirkətləri sıradan çıxardı. Ziyarət bazarında saxta liderliyi ələ alandan sonra istədiyi kimi davranmağa başladı. 
Dəfələrlə şahid olmuşuq ki, QMİ-nin razılığı olmadan ziyarətə gedən zəvvarlar yoldan qayıdıb və ciddi çətinliklərlə üzləşiblər.

-Necə düşünürsünüz, Azərbaycandan həccə getmək üçün 1000 nəfər yoxdur ki, sənədlərin qəbul edilmə müddətini uzadırlar? 
Allahşükür Paşazadə Kəbənin hörmətini pula satır?-MÜSAHİBƏ


-Yoxdur. 
Yadınızdadırmı, 10 il əvvəl həccə getmək üçün növbə yaranmışdı. Amma indi insanlar həcc ziyarətinə getmək istəmir və yaxud gedə bilmirlər. Bunun ilk səbəbi ölkədəki iqtisadi-sosial vəziyyətlə bağlıdır. Həcc imkanlı şəxslərə vacib olan ziyarətdir. Hətta həccə İslamın siyası ibadəti də deyirlər. Bu ziyarəti vacib edən 3 səbəb var: imkan, sağlamlıq, həcc yolunun açıq olması. 
Yəni hər bir müsəlmanın azı bir il ziyarət də daxil olmaqla bütün xərclərini qarşılaya biləcək imkanı olmalıdır, ziyarət etmək üçün fiziki sağlamlığı şərtdir və ziyarət yolu təhlükəli olmamalıdır. Bu şərtlər çərçivəsində hər bir müsəlmana ömründə bir dəfə həcc ziyarəti vacib olur. Azərbaycanda son on ildə yaranmış iqtisadi böhran və sosial problemlər həcc ziyarətinə gedənlərin sayında xeyli azalma yaradıb. Üstəgəl digər ölkələrlə müqayisədə bizdə qiymətlər çox bahadır. 
Ən yaxşı halda biz qonşu Gürcustanla müqayisə olunmalıyıq. Gürcüstanda əhalinin yaşayış səviyyəsi və minimum əmək haqqı bizdən yüksək olsa da, həcc ziyarətinin qiyməti təqribən 40 faiz bizdən aşağıdır. Xidmət səviyyəsi isə yüksəkdir. 
2015-ci illə müqayisə eləsək. Keçən il Azərbaycandan 2400 zəvvar ziyarətə getmişdisə, bu il bu rəqəm 1000 nəfərə qədər enib. Əslində bu, ölkənin qitisadi vəziyyətini analiz etmək üçün çox yaxşı dəyərləndirmədir. 

-QMİ-nin rəsmi xəbərində oxudum ki, ziyarət haqqı nəğd şəkildə ödənilir. Bütün dünya bank vasitəsiylə ödəniş etdiyi halda biz texniki baxımdan geriləyirik? 

-Məsələ texniki baxımdan geriləməkdən getmir. 

Hələ 2006-cı ildən barbar bağırırlar ki, biz elektorn hökumət layihəsinə keçirik. Lakin bu gün də bir neçə idarəni istisna eləsək, ən sadə proseslər belə elektron qaydada aparılmır. Korrupsionerləşmiş ölkələrdə belə hallara tez-tez rast gəlmək mümkündür. 
QMİ fəaliyyətində digər qrumlarla müqayisədə daha şəffaf olmalıdır. Lakin hələ ki, istədiyimizi görə bilmirik. Hər halda Allah yardımçımız olsun. Həcc zəvvarlarının da ziyarətinin qəbul olunmasını diləyirəm.

Administratorla əlaqə

077 611-55-22

[email protected]