Müsahibə

Səddamın heykəlini dağıdan adam: "Onları öz əllərimlə öldürərdim"

9-07-2016, 03:54
Səddamın heykəlini dağıdan adam: "Onları öz əllərimlə öldürərdim"
Bağdadda Səddam Hüseynin heykəlini dağıdan adam kimi tanınan Kadim Şerif Hasan al-Jaburi BBC-yə müsahibə verib.  Xeberman.com xəbər verir ki, Bağdadın simvollarından sayılan heykəli dağıdan Jaburi, etdiyi əməldən peşman olduğunu deyib: "Acı və utanc hiss edirəm. Özümdən soruşuram, o heykəli niyə dağıtdım? O heykəli yenidən bərpa edərdim, amma məni öldürərlər deyə qorxuram" 




Müsahibəsində ailəsindən 15 nəfərin Səddam Hüseyn tərəfindən edam edildiyini deyən Jaburi, ABŞ Səddamı devirərkən xoşbəxt olduğunu deyib. İlk günlər xoşbəxt olmasına baxmayaraq, hər keçən ildə vəziyyətin daha da ağırlaşdığını deyən Jaburi, "Səddam getdi, amma indi 1000 Səddam var" deyə müsahibəsində qeyd edib.

"İraqın bizim əlimizdən alındığını hiss edirik" deyən Jaburi, Buş və Blairi yalançı adlandırıb: "İraqı dağıtdılar və bizi orta əsrlərə geri götürdülər. Əgər bir qatil olsaydım, onları öz əllərimlə öldürərdim" 

Administratorla əlaqə

077 611-55-22

[email protected]