Müsahibə

Cənab Prezident mənə dedi : - “ bizim şəklimizi çək” - Valeh Arifoğlu

4-02-2016, 00:13
Müsahibimiz Valeh Arifoğlu müəyyən vaxtlarda TTV və Arabacı tv-də montajçı-operator, fotoqraf vəzifəsində, Bakı 2015 Avropa oyunlarında fotojurnalist çalışmışdır. Bir çox saytlarla əməkdaşlıq etmişdir. Hal-hazırda Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür.

Valeh bəy, fotojurnalistikaya həvəsiniz necə yarandı, niyə, məhz fotojurnalistika?

Mən uşaqlıqdan foto sənətini sevmişəm məktəbdə də bunu hərkəs bilirdi. Hətta müəyyən qohumlar, dostlar foto çəkdirəndə mənim çəkməyimi istəyirdilər. Orta məktəb vaxtlarından sadə fotoaparatım vardı, onunla şəkillər çəkirdim və orta məktəbi bitirəndən sonra bir müddət belə davam etdirdim foto çəkməyi. Müəyyən vaxtlarda aparat icarəyə götürüb, rayonda toylara foto çəkməyə də gedirdim. Bir müddətdən sonra Tovuzda fəaliyyət göstərən TÜRKEL TV (TTV) yə müraciət etdim və montajçı vəsifəsinə daxil oldum. Praktikant olaraq, montajı öyrəndim və montajçı işləyə-işləyə fotoqraflığın dərinliklərini də öyrəndim. Həm işlədim, həm də təcrübəmi artırdım. Beləliklə fotojurnalistika sənətinə həvəsim artdı . Mən bu sənəti sevirəm və belə düşünürəm ki, fotoda həyat var.

Sizcə, fotojurnalistika qabiliyyət tələb edirmi, yoxsa hər kəs fotojurnalist ola bilərmi?

Əlbəttə ki, qabiliyyət tələb edir. Hər kəs fotojurnalist ola bilməz çünki, hamıya asan gələn fotojuranistika ən çətin sahələrdən biridir. Məsələn: çəkiliş məkanına daxil olarkən sən bilməlisən nə çəkirsən? nəyi çəkirsən? hansı bucaqdan çəksən daha yaxşı alınar? Ona görədə, çəkiliş vaxtı fotoqraf hazırlıqlı olmalıdır. Fotojurnalist reportaj hazırlayarkən çəkdiyi fotolardan yerli-yerində istifadə etməlidir. Bəzən oxşar fotolardan istifadə etməklə hazırlanan reportajlar olur ki, buda izləyicidə sıxıcılıq yaradır. Reportajı elə hazırlamaq lazımdır ki, reportajda tam və yorucu olmayan fotolar təqdim edəsən.

Bir fotoda neçə məna izah etmək olar?

Bir fotoda bir çox məna hiss etdirmək olar. Əslində, o, fotoya baxan insandan asılıdır.Təbii ki, fotodan və hansı mövzuda çəkilməsindən də asılıdır. Amma, insan var ki, fotoda bir neçə məna tapır, insan var ki, fotoda heç nə görə bilmir. Fotolar müxtəlif mövzularda çəkilir. Məsələn, elə foto ola bilər ki, insanın qəlbini sızladar, eləsi də olar ki, insanı sevindirər.

Çəkdiyiniz fotonun sizə aid olduğunu necə sübut edə bilərsiniz?

Təbii ki, çəkdiyim fotoların mənə aid olduğunu bildirmək üçün hər zaman ad və loqotipi əlavə edirəm. Fotonun mənə aid olub, olmadığını izləyicilərim daha yaxşı anlayar.

Fəaliyyətinizdə sizin üçün ən maraqlı hadisə və o hadisədən hazırlanmış fotoreportaj?

Fəaliyyətimdə maraqlı hadisələr çox olub. Amma mənim üçün ən maraqlı reportajım "Bakı 2015 Avropa Oyunları”-ında olub. 1-ci qrup qarabağ qazisi (Arabaçı TV nin direktoru) İlham Məhərrəmovla çəkiliş edirdik, İlham Məhərrəmov Cənab Prezidentin şəkilini çəkmək istədi, Həmin vaxtda Cənab Prezident İlham Məhərrəmova yaxınlaşdı və mənə dedi : " bizim şəklimizi çək” mən həmin fotolardan reporaj hazırladım. Həmin reportaj ən sevdiyim reportajımdır.
Cənab Prezident mənə dedi :

Bəs, təsadüfi çəkilən fotolar haqqında nə deyə bilərsiniz?

Təsadüfi fotolar çox maraqlı olur. Fotoqraf çəkiliş zaman hər an tasadüfə hazır olmalıdır. Təsadüfi çəkilişlər çox olur. Məsələn, yolda gedərkən, tədbirdə, konsertdə, idmanda Həmin anlarda çəkilən fotolar maraqlı həm də hazırlıqlı çəlilən fotolardan fəriqli olur. İnsanları daha tez cəlb edir. Onu da qeyd edim ki, cəmiyyət daha çox maraqlı və diqqət çəkən fotolara üstünlük verir.

Gülər Mehdizadə
musahibe.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]