Müsahibə

“Zöhrə xanım üzrxahlıq etdi...” - Çimərlik geyimi qalmaqalı

25-01-2016, 22:50

"ATV maqazin onlarla” verilişində əməkdar artist Zöhrə Abdullayevanın müsahibəsi yayımlanıb. Sujetdə əməkdar artistin Günay İbrahimlinin çimərlik geyimində çəkdirdiyi klipə əsəbiləşdiyi bildirilib. 

Dünyaxəbər.info-ya açıqlama verən Zöhrə Abdullayeva müsahibənin montaj olunduğunu, Günay İbrahimli barədə elə danışmadığını qeyd edib.

Əməkdar artist bildirib ki, sujetdə Ajda Pekkandan söhbət gedir:

"Çox əsəbləşmişəm. "ATV maqazin onlarla” verilişində söhbət Ajda Pekkandan gedirdi. Dedim ki, Ajda Pekkan nə olsun ki, ulduzdu. Çimərlik paltarında çıxmaq olmaz. Müxbir qız sual verdi ki, Günay İbrahimlinin də çimərlik geyimində klipi var. Mən də cavab verdim ki, kliplərə baxmıram. Günayın xətrini çox istəyirəm, xahiş edirəm mənim əlimlə Günayla işiniz olmasın. Yenə sual verdi ki, konsertdə də açıq geyimlə çıxdı, Günay hətta deyib ki, atam məni öldürürəcək.

Mən də gülərək dedim ki, Günayı valideynləri tənbeh etdi? Söhbət belə olub. Onsuz Günay gəşəngdir, açıq geyinməsə də olar. Dedim ki, Günay açıq geyinməyə bilərsən, onsuz da gözəlsən. Bu qədər danışdım. Bir də gördüm ki, verilişdə başqa şey verdilər. Elə pis oldum ki... Mənim Günayla nə işim var? Onun səsi də, istedadı var... Mənim heç kəslə işim yoxdu. Mənim əlimlə Günayı niyə belə etsinlər? Çox dilxor olmuşam. Günay gedib montaj olunmamış görüntülərə baxa bilər”.

Müğənni Günay İbrahimli məsələ ilə bağlı Dünyaxəbər.info-ya açıqlama verib.

İfaçı Zöhrə xanımın ondan üzr istədiyini vurğulayıb:

"Şəxsən Zöhrə Abdullayevanın özu bu gün saat 12:00-da zəng vurmuşdu. Zöhrə xanım üzrxahlıq etdi, elə bir şey demədiyini qeyd etdi. Zöhrə xanım cavan müğənnilər sırasında bir məni, bir də Röyanı çox istədiyini söylədi. O, verilişin montaj olunduğunu bildirdi”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]