Müsahibə

Elvin Mikail: Kariiyerami qardaş ölkə Türkiyədə davam etdirəcəm

12-06-2017, 08:36

Müsahibimiz döyüş səhnələrinin quruluşçu operatoru Elvin Mikaildir.


- Azərbaycanda döyüş səhnələri üzrə quruluşçu operator yoxdu. Siz nə əcəb bu addımı atdız?
-
Mən bu addımı indi yox bir neçə il bundan öncə artıq atmışdım. Belə deyim ki, özümdə bu istedadı gördüm və özümü təkmilləşdirməyə başladım. Həm də sizin də vurğuladığınız kimi Azərbaycanda sırf döyüş yəni əkşn səhnələrini çəkəcəy bir quruluşçu operator yoxdu. Və şadam ki, bu postda ilk mən oldum. Sevinirəm ki, son vaxtlar Azərbaycanda bu sahəyə marağ yaranıb və bu janrda işlər görülür. Ama yenə də o deyil. Çünki, əkşn səhnəsinin istər çəkiliş tərzi, istər görüntü efektləri və istərsə də o səhnəni canlandıran şəxslər digər janrda olan çəkilişlər kimi heç kimə rahat gəlməsin. Bu səhnələri alındırmaq üçün günlərlə və hətda filmlər olub ki aylar və illərlə məşq edənlər olub.

- Kimlərlə işləmisiniz indiyənə qədər?

Təbii ki, işlədiyim insanlar olub və hal hazırda da o insanlarla yolumu davam edirəm. İşini bilməyən insanlarla heç vaxt işləmərəm çünki yorucudur. Daima işlədiyim bu sahəyə ilk addımlarımı atdığım annan hər zaman yanımda olan insanlardan biri üzərimdə zəhməti və haaqqı olan Türkiyədə təhsil almış ailə müşaviri, araşdırmaçı-yazar, quruluşçu rejissor-ssenarist Zaur Tahirsoydur və hal hazırda da iş birliyimiz və dostluğumuz davam edir.Və sonra action janrında qısametrajlı filmləri “ACTION ACADEMY MMC” yaradılandan sonra işləməyə başladıq və çox uğur gətirdi bizə. Burdakı insanlar mən deyərdim ki, Azərbaycanın ən peşəkar insanlarıdı döyüş səhnələrində. Bunu gördüyümüz işlərdə də Azərbaycan tamaşaçısı gördü. İstərdim bu insanların adını çəkim çünki, mənim kariyeramda bu insanların da böyük zəhməti və rolu olub. Döyüş səhnələri üzrə Beynəlxalq dərəcəli xoreoqraf, Hollywoodda kurs keçmiş və döyüşçü aktyor, kaskadyor Sain Fərhad fərmanlı, döyüş səhnələri üzrə xoreoqraf və döyüşçü aktyor, kaskadyor Emin Abışov və döyüş səhnələri üzrə xoreoqraf və döyüşçü aktyor, kaskadyor Tural Şirməmmədov. Məs bu insanlarla böyük uğurlara imza atmağa başladım. Və öz sahəm üçün bu insanlardan çox şeylər öyrəndim. İnanıram ki, bundan sonra hər birimiz layiq olduğumuz yerlərə çata biləcik.

- Bu janrda quruluşçu operatorluq etdiyiniz filmlər olubmu və hansı filmlər?
- Təbii ki, olub. Bulardan “KİŞİ PAPAĞI”, “SON QƏRAR”, “QANLI TABUT”, “TANRININ QƏZƏBİ”, “ŞEYTANIN OYUNU”, “SOYUQ GECƏ”, “DÖYÜŞDƏ RƏQSİN HARMONİYASI”, “UĞURA GEDƏN YOL” kimi qısametrajlı filmləri çəkmişəm.

- Sizin çəkdiyiniz filmlər qısametrajlı olsa da izləyiciləri özünə cəlb edə bilib. Bəs nə əcəb indiyənə qədər tam metrajlı film çəkməmisin? Ümumiyyətlə çəkmək istərdinizmi?


-Gözəl və yerində olan bir sual verdiniz. İndiyənə qədər çəkməməyimin səbəbi özümü hələ də hazır hiss etməməyim olmuşdur və daima yeniliklər etmək üçün çalışırdım, öz üzərimdə işləyirdim. Dəyişən bir şey yoxdur öz üzərimdə çalışıram və çalışacam da. Artıq vaxtın gəldiyini görürəm sadəcə doğru məqamı və yeniliklər etməyə çalışan rejissorlarla işləyəcəyimi gözlüyürəm. Çünki, Azərbaycanda istehsal olunan filmlərin bir ikisini çıxmaq şərti ilə tamaşaçının Azərbaycan filminə olan inamını sındırıblar. Ama çox vaxt eşitdiklərimiz bu olur ki, tamaşaçıya heç nə bəyəndirmək olmur, tamaşaçı özü də bilmir nə istəyir və s. sözlərlə bəraət qazandırırığ işlərə. Ama mən bu deyilənlərlə razı deyiləm çünki, istənlən janrda film olsun hansı janrda çəkirsənsə o janrın ən yaxşısını çəksən niyə də bəyənilməsin?!... Azərbaycanda inkişafda olan film sahəsinin bucür vəziyyətini nəzərə alıb hər hansısa bir tam metrajlı film işində quruluşçu operatorluq edəcəmsə gərəy o filmin görüntüsü öz janrının ən yaxşısı olsun və standart film rakurslarından da əlavə yeniliklər olmaldır mütləq. Və filmdə texnika , texniki heyyət, aktyorları öz işlərinin öhtəsindən gələn insanlar olduqdan sonra ortaya çıxan iş də dediyim kimi baxılacaq və seviləcək.

- Sizdən sonra fərqli olaraq tam metrajlı action janrında film çəkilib amma gözlənilən nəticəni vermiyib bunun səbəbini nədə görürsünüz?
-

Bunun səbəbini bayaq da qeyd etdiyim kimi istehsalçılarda görürəm. Həmin filmə özüm də baxdım Qala gecəsində Azərbaycan üçün bir yenilik idi. Ama bayağ qeyd etdiyim səbəbləri bu suala cavab olaraq desəm gərək bucür izah edim ki, film ümumən bir komandanın işidir. Yəni ssenarisinən tutmuş görüntüsünə kimi hər şey bir – birini tamamlamalıdır. Film istehsalçıları işlərini gördüyü zaman xəsis olmamalıdır işığına kimi öz işinin ustalarını cəlb etməlidir filmə. İki və ya üç nəfərnən bir film çəkmək dövrü deyil. Çünki, bir nəfər bu işdə maksimum iki işi bacarar hələ onu da bacarsa. Ama bizimkilər maşallah demək olar ki, işığına qədər özləri eləmək istəyir. Bu təbii ki, hamıya aid deyil bir çoxları maddiyatsızlıqdan məcburdu bəzi işləri öz boynuna götürsün. Ama yenə də çalışmalıyıq ki, işi biləninin öhtəsinə verək. Daha çox danışmaq olar səbəbləri məncə bu qədər kifayət edər.

- Və sonda bir sualımız da olacaq ki, eşitdiyimizə görə qardaş ölkə Türkiyəyə dəvət almısınız bunun səbəbi nədir?


Dəvətimin səbəbi orada görüləcək olan iki film layihəsi var ki, olarla bağlı görüşə dəvət ediblər. Əgər razılıq əldə olunsa məncə vətənim üçün də sevindirici bir xəbər olar. İkinci məsələ də təhsilimlə bağlıdır ki, Türkiyənin SİNEMATEK film okulundan dəvət almışam. Əgər hər şey yolunda getsə kariiyerami qardaş ölkə Türkiyədə davam etdirəcəm.

Administratorla əlaqə

077 611-55-22

[email protected]