Müsahibə / İdman

Dünya çempionunun qalibi ilk dəfə jurnalist oldu

19-05-2017, 01:10
Kareti üzrə 3 qat dünya cempionu Azərbaycanlı jurnalist Fərdi Əzizovun Xeberman.com saytına müsahibəsini oxuyuclara təqdim edirik.


Gəlin ən başdan başlayaq Fərid Əzizov kimdir ?



Əvvəla bütün idman sevərləri salamlayıram və sizlərədə öz təşəkkürümü bildirirəm ki bizim Okinava Qocyu-Ryu Karate-Do idman növünə diqqət ayırırsız. Bu suala mən ilk olaraq belə cavab verərdim Fərid Əzizov sadə bir Azərbaycanlı vətənini millətini sevən bir vətəndaş.



- Bu idman növü ilə nə vaxtdan məşğul olmağa başlamısınız ?



Doğrusun deyim mənim idmanla ilk tanışlığım hələ uşaq yaşlarından başladı o zamanlar Azərbaycanda bir populyar idman növü var idi oda KARATE-DO,hər kəs filmlərdə Bruslinin,Vandamın etdiyi hərəkətləri təkrar edirdi.Onların döyüşləri adamı həvəsə gətirirdi ki,insan idmanla məşğul olsun.Hər filmə baxdıqdan sonra evdə valideyinlərimə yalvarırdım ki mənidə karateyə aparın məndə onlar kimi olmaq istəyirəm.Demək olar ki çox yalvarışdan sonda atamda məni Karate məşqlərinə yazdırdı.İlk müəllimim Allah rəhmət eləsin Rasim müəllim olub.O ilk məşqlərimi keşib sonralar bir müddət idmandan uzaqlaşmışdım amma ki şükürlər olsun Allaha ki məni hamımızın ustad dediyimiz Azərbaycanın fəxri Tarverdi Allahverdiyevlə qarşılaşdırdı.İdman sahəsində bu dərəcədə olmağımın iki səbəbkarı var onlarda Tarverdi Allahverdiyev və Pərviz Hüseynov.Onların zəhməti sayəsində bu gün dünya çempionu adını qazanmışam.





- İlk beynəlxalq uğurların hansılar oldu ?



Mən profisonal idmana başlayanda mənim üçün çox çətin oldu demək olar ki əvvəl etdiyim məşqlərdən birə beş artıq məşq etməliydim.Çünki ən yaxşını əldə etmək üçün ən yaxşısını etməlisən bunun üçündə mənə Pərviz Hüseynov köməklik etdi o mənən həm məşqçi həm qardaş həmdə sirdaş oldu,demək olar ki əlimdən tutub qaldırdı və uşaq kimi nazımla oynadı mən bacarmaram dediyim anlarımda belə mənə sən bacaracaqsan dedi.Uzun sürət məşqlər sayəsində məşqçimin istədiyi formada idim və qarşıda məqsəd Rusya federasiyasında keçriləcək Kempo-Karate və Kobudo növləri üzrə Dünya Çempionatına lisenziya qazanmaq idi onuda Allahın izni ilə qazandım və 2016 ci ilin Dekabr ayında ilk beynəlxalq yarışımda iştirak etdim və bu yarışın birincisi oldum,vətənə qızıl medalla qayıtdım.



- İdmançının qalib olanda ilk düşündüyü nə olur ?



Düzü hər insan bir iş haqda düşünür mənim ilk düşündüyüm o oldu ki məşqçilərimin əziyyətini yerə vurmadım və evdə mənim yolumu gözləyən ailəmin övladımın yanına üzüağ qayıdacam. - Övladınızın sizin kimi idmançı olmasını istərdinizmi ? Hansı idmançı istəməz ki onun övladı böyüyəndə idmançı olmasın,mənim üçün fəxr olar ki mənim övladımda Azərbaycanın şanlı bayrağını zirvələrə qaldırsın şanlı himnimizi ən ucada dayanıb səsləndirsin.Mən bununla qürur duyardım.



- Son yarış barədə nə deyə bilərsiniz ?



Son yarışım 04 – 07 May 2017-ci il tarixlərdə Ukrayna Respublikasının Xarkov şəhərində Kempo Karate və Kabudo üzrə keçirilən Dünya Çempionatı idi.Bu yarışda çox məsuliyyətli və möhtəbər yarışlardan biri idi.Dünyanın hər bir nöqtəsindən bacarıqlı idmançılar gəlmişdi və hər çekidə öz güclərini sınayırdılar. Gərgin keçən mübarizədə gücümü bacarığımı tam olaraq ortaya qoya bilmədim nəticədə ikinciliklə kifayətlənməli oldum.Düzdür idmançı üçün ikinci yerdə uğurdur lakin mən ikinci yerlə kifayətlənmirəm və bu mübarizədəb daha bir dərs götürdüm və düşünürəm ki gələcək il üçün indidən çalışmalara başlamalıyam ki yenidən birinci yer mənim olsun.



- Fərid bəy gələcəkdə hansı yarışa hazırlaşırsınız ?



Bu il bir neçə möhtəbər yarışa lisenziya qazanmışam və hal-hazırda yeni yarışdan qayıtsamda Kempo Karate və Kabudo növləri üzrə avqust ayında keçriləcək avropa çempionatına hazırlaşıram. Lakin, məlumat üçün deyə bilərəm ki iyun ayının 23-25 i ölkəmizə Okinava karate məktəbinin baş təlimatçısı Sensey Nakamura Tetsuji təşrif buyuracaq məndə onun seminarında iştirak etməyə ondan dərs almağa dəvət almışam,düşünürəm ki Nakamura Tetsujinin Azərbaycana gəlişi bizim ölkəmizdə olan karatenin inkişafına yeni bir təkan verəcək və buda Azərbaycan Okinava Qocyu-Ryu Karate-Do və Kobudo Növləri Federasiyasın uğurudur,onu Azərbaycana dəvət etdiyinə görədə Azərbaycan Okinava Qocyu-Ryu Karate-Do və Kobudo Növləri Federasiyasının prezidenti Tarverdi Allahverdiyevə öz təşəkkürlərimi bildirirəm. Xoş söhbət üçün sizlərədə təşəkkür edirəm

Administratorla əlaqə

077 611-55-22

[email protected]