Müsahibə

Taleh Əliyev: “Bu gün yüngül etirazlarla müşayyət olunan narazılıqların qarşıdurma həddinə gəlib çatması qaçılmaz olacaq”

27-01-2017, 19:40
Taleh Əliyev: “Bu gün yüngül etirazlarla müşayyət olunan narazılıqların qarşıdurma həddinə gəlib çatması qaçılmaz olacaq”"Binalarda yaşayan məcburi köçkünlərin Əlaqələndirmə Mərkəzi yaradılmalıdır"

Məcburi köçkünlərin kommunal güzəştlərinin ləğvi haqqında Prezident fərman imzaladıqdan sonra onların həyat şəraiti daha da ağırlaşıb və bu fərman çox ciddi narazılıq, gərginlik yaradıb. Artıq məcburi köçkünlərin yaşadıqlar ərazilərdə mənzillərə sayğac qoyulmasına ciddi etirazlar edilir və baş verənlər məmurlarla onlar arasında ciddi qarşıdurmaya gətirib çıxarır. Politoloq, Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev öz fesbuk səhfəsində münasibət bildirib. Politoloqun fikirlərini oxuculara təqdim edirik:
“Məcburi köçkünlərin kommunal güzəştlərinin ləğvi haqqında Prezident fərmanının yataqxana və yarımçıq binalarda yaşayan məcburi köçkünlərin həyat şəraitini daha da pisləşdirəcəyi haqqında bir neçə gün (24.01.2017) bundan öncə buradan öz narahatlığımı ifadə etmişdim. Səbəb olaraqda qeyd etmişdim ki, yataqxana və yarımçıq binalarda yaşayan məcburi köçkünlərin istifadə etdiyi yeganə istilik qaynağı olan elektirik enerjisinin istehlakı hökumətin məyyən etdiyi aylıq limiti aşacağı qaçılmazdır. Bu isə maddi vəziyyəti qənait bəxş olmayan insanların həyat şəraitini daha da pisləşdirəcək. İcrasına dərhal başlanan sayğaclaşma prosesi (Vaxtilə Prezident vəzifəli şəxslərin gəlir deklarasiyası haqqında da bir fərman imzalamışdı! Amma üstündən illər keçsədə icra olunmur!) vətəndaş məmur qarşıdurmasına gətirib çıxarıb. Mənə elə gəlir ki, gerçəkdən burada bir sobataj siyasəti var! Məcburi köçkünlərlə höküməti üz-üzə qoymaq görünür birilərinin işinə yarayır. Axı sadə vətəndaş - məcburi köçkün nə deyir?! Deyir ki, AY HÖKUMƏT! Mənim yaşadığım yeri - evi istiliklə təmin etmək üçün qaz və ya istilikxana ilə təmin et. Məni elektirik enerjisindən asılı vəziyyətdə saxlama! Amma yerli hakimiyyət orqanları və adiyyatı qrumlar ZOR GÜCÜNƏ sayğaclaşdırma prosesini aparmaq istəyirlər! Hesab edirəm ki, məcburi köçkünlərin birilərinin bu çirkin siyasətinin qurbanı olmaması üçün yataqxana və yarımçıq binalarda yaşayan məcburi köçkünlərin Əlaqələndirmə Mərkəzi yaradılmalıdır. Əlaqələndirmə Mərkəzi dərhal adiyyatı qrumlarla danışıqlar aparılmalıdır. Əks halda bu gün yüngül etirazlarla müşayyət olunan narazılıqların qarşıdurma həddinə gəlib çatması qaçılmaz olacaq!”

Administratorla əlaqə

077 611-55-22

[email protected]