Xeberman.com
loading...
Müsahibə

"Vanqanı qəbirdə yatmağa qoymurlar..."

8-01-2017, 11:31
 Xeberman.com moderator.az-a istinadən xəbər verir ki, tanınmış astroloq Səbuhi Rəhimli oxucuları vəfat etmiş öncəgörücülərin adından təqdim edilən əsassız proqnozlara inanmamağa çağırıb. 

Astroloq məsələylə bağlı bunları deyib: 

"Rusdilli bəzi saytlar yazıb ki, Vanqadan 2017-ci illə bağlı qoroskoplar. Yazıq arvadı qəbirdə yatmağa da qoymurlar. O binəva bilmirdi axı qoroskop-filan nədir?! Hər yeni il gələndə Vanqadan, Nostradamusdan il haqqında sanki yeni proqnozlar verirlər. Bəzən elə düşünürəm ki, onları dirildib müsahibə alıb təzədən yola salırlar. 

Məsləhət görərdim ki, fakta (lent yazısına və ya orijinal yazılı mənbəyə) istinad etməyən proqnozlara inanmayasınız. Qəzetlərdə qoroskopları anlayışı olmayan adamlar ağlına gələn tərzdə yazdığı kimi, bunu da elə edirlər.

İnandırım sizi, əgər yazsam ki, Nostradamusun 342-ci Katreninin 27-ci bölümündə "Qafqazın qartalabənzər ölkəsində fransız adlı baş naziri 2028-ci ilə qədər vəzifəsində qalacaq", hamı ciddiyə alacaq. Soruşan da yoxdur ki, bunu harda deyib?"

loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group