Media

ANS ÇM-in iddiasına baxan məhkəmə hakimi dəyişdirildi - FOTOLAR

6-09-2016, 23:34
Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com-un məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS TV-nin baş direktoru Mirşahin Ağayev və şirkətin vitse-prezidenti Seyfulla Mustafayev də iştirak ediblər. 

ANS TV-nin nümayəndəsi Raqif Mustafayev prosesdə çıxış edib: "Müzakirə edib qərara gəldik ki, biz sizə etiraz edək. Çünki ötən prosesdə siz bizim bütün konstitusion hüquqlarımızı pozmusunuz. Bizim qaldırdığımız heç bir vəsatəti təmin etmədiniz. Bundan əlavə də bir sıra qanun pozuntuları baş verdi. Yekun qərarınız da aşkar sürətdə qanunsuz olub. Çünki yeni qanunla MTRŞ-nın lisenziyaya xitam vermək səlahiyyəti yox idi".

MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov deyib ki, təqdim olunan arqumentlərin heç bir əsası yoxdur:"Qərarla razı deyillərsə, şikayət versinlər. Hakimə etiraz etməklə işi uzatmaq istəyirlər". 

Hakim etiraza baxmaq üçün fasilə elan edib.

Fasilədən sonra hakim Elçin Məmmədov bildirib ki, etiraza sədr tərəfindən baxılıb və təmin olunub. İş Müseyib Seyfəddin oğlu Bayramovun icraatına verilib. 

Daha sonra yenidən fasilə elan olunub.

Prosesi davam etdirən Müseyib Bayramov bildirib ki, işlə tanış olmadığı üçün iddia ərizəsinə baxa bilməz. Buna görə də hakim məhkəmə iclasını 9 sentyabr saat 17:35-ə qədər təxirə salıb.

Qeyd edək ki, MTRŞ-nın 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq, "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziya) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək, ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

Əli Rais,
 
 





Administratorla əlaqə

077 611-55-22

[email protected]