Media

MTRŞ sədri ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

31-08-2016, 13:01
MTRŞ sədri ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan MəhərrəmliANS TV-nin məhkəməyə müraciət etməsinə münasibət bildirib.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, N.Məhərrəmli bildirib ki, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ ona uyğun hərəkət edəcək.

N.Məhərrəmli bildirib ki, ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmə qərarından sonra baxıla bilər.

ANS TV-nin tezliyinin "Günəş” TV-yə veriləcəyi barədə məlumatlara da münasibət bildirən MTRŞ sədri bu məsələnin gündəmdə olmadığını deyib:

"Hazırda "Günəş” TV öz tezliyində yayımlanır. Digər tərəfdən "Günəş” TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin "Günəş” TV-yə aidiyyəti yoxdur. Ancaq məhkəmə qərar verəndən sonra tezlik məsələsinə baxıla bilər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]