Media

Nardaranda təzyiqlərlə üzləşən KİV nümayəndələri istintaqa çağırıldı

3-12-2015, 08:30
Nardaranda təzyiqlərlə üzləşən KİV nümayəndələri istintaqa çağırıldıBakının Nardaran qəsəbəsində təzyiqlərə məruz qalmış “Azad Azərbaycan” Televiziyasının (ATV) əməkdaşları hadisə ilə bağlı aparılan istintaqa cəlb olunublar.

Xeberman.com-un xəbərinə görə, ATV-nin sürücüsü, müxbir və operatoru istintaqa dəvət edilib. Onlar Nardaranda təzyiqə məruz qalmaları, habelə televiziyanın avtomobilinə zərər vurulması barədə suallara cavab veriblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) noyabrın 26-da Nardaranda əməliyyat keçirib. Əməliyyatdan sonra ərazidə çəkiliş aparmaq istəyən bir neçə KİV əməkdaşına təzyiq edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]