Media / Ölkə

Elçin Quliyevin zabitləri jurnalistlərə “atdı” – RÜSVAYÇILIQ

17-08-2016, 01:52
Elçin Quliyevin zabitləri jurnalistlərə “atdı” – RÜSVAYÇILIQBir müddət bundan öncə Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın Sərhəd Mühafizəsinin 97-ci ildönümü münasibəti ilə jurnalistlər, rəssamlar, qələm adamları arasında müsabiqəyə start vermişdi. Müsabiqənin şərtlərinə görə, iştirakçılar DSX əməkdaşlarının, sərhəd mühafizəçilərinin ağır və şərəfli xidməti həyatını öz rəsm əsərləri, şeir, hekayə və məqalələrində, orta məktəb şagirdləri isə inşalarında qələmə almalı idi.
Hər beş kateqoriya üzrə qalib gələn və ya həvəsləndirici yer tutan şəxslərə diplom və fəxri fərmanla yanaşı, müxtəlif pul mükafatlarının verilməsi nəzərdə tutulurdu. Lakin cumhuriyyet.az-a özəl mənbədənd axil olan məlumata görə, dünən günorta saatlarında baş tutan mükafatlandırma mərasimi iştirakçıları xəyal qırıqlığına uğradıb. Belə ki, rəsmi mükafatlandırma mərasimi zamanı qaliblərə diplom və fərmanlarla yanaşı, içərisində pul olan paketlər də təqdimedilib ki, daha sonra paketlər qoyulan pulun vəd ediləndən az olduğu bəlli olub. Başqa sözlə desək, qalib və fərqlənənlərin hər birindən 50-100 manat arasında pul kəsilib ki, bu da sadəcə iştirakçıların deyil, həm də bütün ictimaiyyətin DSX adından aldadılması deməkdir.
Mənbənin sözlərinə görə, bəzi qaliblər tədbir başa çatmamış pullarının kəsildiyindən xəbət tutaraq bununla bağlı öz etirazlarını DSX yetkilisinin diqqətinə çatdırıb. DSX zabitinin isə bu etirazlara cavabı qısa olub : "Pulumuz buna çatdı”. Bilgili qaynağın sözlərinə görə, sonda DSX generalının təşəbbüsü ilə tədbir iştirakçıları xatirə şəkli çəkdirib və bundan sonra qaliblər pərt halda tədbiri tərk edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]