Media

“Dinc Dünya” jurnalistləri ekstremal təlimlərə dəvət edir

16-06-2016, 17:46

"Dinc Dünya” Araşdırma Mərkəzi jurnalistləri yeni layihədə təlimlərə dəvət edir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Ekstremal jurnalistlərə təcrübə poliqonu təlimlərinin öyrədilməsi” (Jurnalistlərin ekstremal hallarda risklərdən çıxma öyrəncləri) layihəsinə görə, jurnalistlərə "Hərbi hissənin gündəlik xidmət rejimi”, "Hərbi təlim anlayışı”, "Əsgərin döyüş hazırlığı dərsləri”, "Hərbi həyatda baş verə bilən hadisələrin səbəbləri”, "Tabelikdə olanların (komandir-əsgər) tabelikdə olmayanların (əsgər-əsgər) münasibətləri”, "Nizamnamədənkənar davranışlar, mənfi liderlik (dedovşina) anlayışı”, "İntihar hallarının, sair cinayət olaylarının səbəbləri” mövzusunda təlim-mühazirələr keçiləcək.

"Dinc Dünya” Araşdırma Mərkəzinin və layihənin rəhbəri Əlisəfa Mehdiyev bildirir ki, təlimçiləri Müdafiə Nazirliyinin zabitləri, ekspertlər, mövzu üzrə mütəxəssislər olacaq tədbir bu tarixləri əhatə edir:

23 iyul 2016 – açılış toplantısı, 1 günlük təlim-seminar (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin klubu);

24-31 iyul 2016 – Göygöl rayonu ərazisində hərbi hissə (I təlim dəstəsi);

7-14 avqust 2016 – Göygöl rayonu ərazisində hərbi hissə (II təlim dəstəsi);

2 sentyabr 2016-cı il – təlim alanların yaradıcılıq məhsullarının qiymətləndirilməsi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin klubu);

17 sentyabr 2016 – yekun toplantı, diplom təqdimatı (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin klubu).

Layihə rəhbəri ilə əlaqə:(012 5330663, 050 3322910, [email protected].

Administratorla əlaqə

077 611-55-22

[email protected]