Media

Kəmaləddin Heydərovun media şəbəkəsi çökür

14-03-2016, 12:54

Teleqraf” qəzeti və teleqraf.com saytı fəaliyyətini dayandırdı.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu iddia edilən daha bir qəzet və sayt fəaliyyətini dayandırdı. Bu haqda Hurriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, dünəndən etibarən "Teleqraf” qəzeti və teleqraf.com saytı fəaliyyətinə son qoyub.

Məlumata əsasən, buna səbəb qəzet və saytın ciddi maliyyə sıxıntısı ilə üzləşməsidir. Odur ki, rəhbərlik dünən qəzet və saytın fəaliyyətinin qeyri-müəyyən vaxtadək dayandırıldığını elan edərək, bütün işçilərlə vidalaşıb.

Xatırladaq ki, son bir il ərzində "fövqəlnazir”in maliyyəşdiridiyi iddia olunan KİV-lərin maliyyə sıxıntısı içərisində olduğu deyilirdi. Əlbəttə, bu, K.Heydərovun "müflisləşməsi” ilə əlaqədar deyil. Əksinə, hamıya bəllidir ki, fövqəladə hallar naziri hazırda Azərbaycanın ən güclü oliqarx-məmurlarından biridir və onun sərvəti milyardlarla ölçülür.

Bu baxımdan, ona bağlı media şəbəkəsinin son vaxtlar çöküşə doğru yön alması sadəcə K.Heydərovun bu sahədən əlini çəkməsi ilə izah oluna bilər. Bunun isə, səbəbləri olmamış deyil. Məsələn, görünür, "fövqəlnazir” nəzarətində olan KİV-lərin cəmiyyətə təsir imkanının çox zəif olduğunu nəzərə alaraq, əlavə israfçılığa lüzum görmür… (Hurriyyet.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]