Media

Cavid Hüseynov azadlığa buraxılır - ŞOK İDDİA

22-01-2016, 23:01
Cavid Hüseynov azadlığa buraxılır - ŞOK İDDİAJurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən futbolçu Cavid Hüseynovun taleyinə aydınlıq gəlmək üzrədi. Sport7.az xəbər verir ki, futbolçu Novruz bayramını evində keçirə bilər.

Etibarlı mənbədən sayta daxil olan məlumata görə, onun mart ayının sonlarına qədər sərbəst buraxılacağı bildirilir. Futbolçunun cəzasının şərti olacağı istisna deyil. Ona həbslə əlaqəli olmayan başqa cəza da verilə bilər.

Xatırladaq ki, Hüseynov Cinayət Məcəlləsinin 307.1. (Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2. (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilinir. Düzdü, zərərçəkmiş tərəf Cavidin işinin ayrıca icraata götürülməsindən narahatdı. Amma Bakı Şəhər Prokurorluğundan yayılan məlumatda bildirilir ki, Hüseynovun 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması cinayət prosessual qanunverciliyinin tələblərinə müvafiq şəkildə aparılıb. Bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi müxtəlif vaxtlarda Bakı şəhər prokurorluğuna dəvət edilərək şəhər prokurorluğunun rəhbərliyi tərəfindən məlumatlandırılaraq onlara prosessual hüquq və vəzifələri izah edilib.

Qeyd edək ki, yanvarın 27-də Cavid Hüseynovun məhkəməsi olacaq. 4 gün sonra baş tutacaq məhkəmə hazırlıq xarakteri daşıyacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]