Media / Texnologiya

Rey Kərimoğlunun saytına hücum oldu - Müraciət

14-06-2017, 10:08
Rey Kərimoğlunun saytına hücum oldu - Müraciət
"Qaziler.az saytına hücumlar davam edir. Eləcə də saytımızın xəbərləri paylaşılan facebook səhifələrində də bizə qarşı hücumlar var. Ən böyük yaramazlıq isə saytımızın əsas xəbərlərini yaydığımız 35 min izləyicisi olan "Qarabag studio"nun ələ keçirilməsi və adının dəyişdirlməsidir. Saytın adminlərinin elektron poçtları və facebook səhifələri də ələ keçirilməyə cəhd edilir”.

Femida.az xəbər verir ki, bu sözləri qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu deyib. Bildirib ki, planlı şəkildə həyata keçirilən bütün bu hücumlar onların fəaliyyətlərini iflic edib.

"Bizim elə bir maliyyə imkanlarımız yoxdur deyə belə hücumları çətinliklə dəf edirik, lakin bir çox hallarda bu hücumların qarşısında aciz qalırıq. Yalnız və yalnız könüllü və təmənnasız, vətənpərvər insanların hesabına texniki problemlərimizi həll edirik. Amma indi vəziyyət o həddə çatıb ki, işləmək çox çətindir. Fəaliyyətimiz, demək olar ki, iflic olmaq ərəfəsindədir. Ayrı yolumuz yoxdur, müvafiq qurumlara müraciət edəcəyik. Onu da deyim ki, bunu edən və etdirən şəxslərin kimliyini təxminən də bilirik”, - deyə R.Kərimoğlu bildirib.

Xatırladaq ki, bu il, mayın 23-dən sayta güclü haker hücumu başlayıb. Haker hücumlarının saytın bazasına zərər vurmaması üçün mayın 27-nə qədər sayta giriş dayandırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]