Media

Yaşar İsakov yeni vəzifəyə təyin edildi

11-06-2017, 20:34
Yaşar İsakov yeni vəzifəyə təyin edildi
Tanınmış jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Yaşar İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Ondan öncə isə Y. İsakov Press24.az saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Yaşar İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]