Media

BDU-nun Jurnalistika fakültəsinə yeni dekan təyinat olunub

13-05-2017, 12:51

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yeni təyinat olub.

Bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a məlumat verib.

O bildirib ki, Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu jurnalistika fakültəsinə dekan seçilib.

Qeyd edək ki, BDU-nun jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti olaraq Cahangir Məmmədli icra edirdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]