Media

"Anadolu" agentliyi 97 yaşını qeyd edir

7-04-2017, 18:21
"Anadolu" agentliyi 97 yaşını qeyd edir
Türkiyənin ən böyük, dünyanın isə önəmli agentlikləri arasında olan Anadolu Agentliyi ("Anadolu Ajansı") yüzillik hədəfləri çərçivəsində həyata keçirdiyi tədbirlər nəticəsində artıq dünyanın 86 ölkəsində öz fəaliyyətini qurmağa nail olub.

Agentlik hər gün abonentlərinə 850 xəbər, 2000 foto və 300 video çatdırır.

Türkiyənin Qurtuluş Müharibəsinin ilk illərində Anadolunun səsini dünyaya çatdırmaq məqsədiylə qurulan agentlik fəaliyyətinin 97-cü ilində dünyanın ən nüfuzlu beş agentliyindən biri olmaq yolunda əmin adımlarla irəliləyir.

Qurtuluş mücadiləsi zamanı üzərinə mühim vəzifə götürən və Türkiyə Cümhuriyyəti tarixində xüsusi yeri olan Anadolu Agentliyi qonşu ölkənin azadlıq mübarizəsini həm ölkə içinə, həm də dünyaya çatdırdığı üçün haqlı bir qürur yaşayır.
Bu gün yüzillik hədəfləri çərçivəsində dünyanın ən nüfuzlu beş agentliyi sırasına daxil olmağı qarşısına məqsəd qoyan AA, 65 ölkədəki əməkdaşları vasitəsiylə hər gün 850 xəbər, 1500 foto və 300 video xəbər hazırlayır.

Türkçədən başa agentlik ingiliz, ərəb, bosniya, xorvat, serb, rus və kürd vs. dillərində toplam 11 dildə yayım həyata keçirir. Dünyanın 86 ölkəsində müxbiri, 45 ölkədə abunəçisi olan agentlik, bu il ispan dilində də xəbərlər təqdim etməklə fəaliyyət göstərdiyi dillərin sayını 12-yə çatdıracaq.

Qeyd edək ki, Anadolu Agentliyi Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün təlimatıyla 1920-ci ilin 6 aprel tarixində yaradılıb. Agentliyin adı da məhşur Türk yazıçısı Xalidə Ədib Adıvar, jurnalist Yunis Nadi və Atatürk tərəfindən ortaq qərarla verilib.

AA xəbər bülletenlərini hazırlayarkən, həmişə - keçmişdə də, bu gün də yayım prinsiplərinə sadiq alıb.

Qurtuluş Müharibəsi zamanı milli birliyi təhlükə altına salan təxribat və və yalanlardan xalqı xəbərdar etməklə, milli mübarizənin azadlıqla nəticələnməsi için alınan qərarları vaxtında xalqa çatdırmaqla işə başlayan AA Türkiyə Böyük Millət Məclisinin qərarlarını da vaxtı-vaxtında yayımlayaraq, xalqla hökümət arasında bütövləşmənin yaranmasında böyük rol oynayıb.

97 ildir dayanmadan xəbər sahəsində çalışan AA “Güvənilir, tərəfsiz, etika qaydalarına riayət edən və sürətli” xəbər anlayışıyla 100 yaşına doğru irəliləməkdədir. Ana hədəf dünyanın ən nüfuzlu 5 agentliyindən biri olmaqdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]