Media

Türkiyənin Tanınmış jurnalist vəfat etdi - VIDEO

22-03-2017, 18:18
Türkiyənin Tanınmış jurnalist vəfat etdi  - VIDEO
Xeberman.com Missiya.Az -a istinadən xəbər verir ki, Talipoğlu bu gecə qəfildən səhhətində yaranan nasazlıq səbəbindən xəstəxanaya çatdırılıb.

İzmir "Katib Çələbi" universitetinin "Atatürk" təlim və araşdırma xəstəxanasına çatdırılan jurnalistin həyatını xulas etmək mümkün olmayıb.

Tayfun Talipoğlu 1962-ci ildə Türkiyənin Qars vilayətində dünyaya gəlib. Paytaxt Ankarada ali təhsil aldıqdan sonra müxtəlif sahələrdə fəaliyyət göstərən Tayun Talipoğlu jurnalist karyerasına "Milliyet" qəzetində müxbir kimi başlayıb.

Daha sonra Türkiyənin bir çox nüfuzlu qəzetlərində köşə yazarı kimi fəaliyyət göstərən Talipoğlu bəzi telekanallarda da aparıcılıq edib.

Bundan başqa Tayfun Talipoğlunun nəşr edilmiş 5 kitabı və 2 musiqi albomu var.

Allah rəhmət eləsin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]