Media

Əflatun Amaşov: “Azərbaycan dövləti tərəfindən mediaya edilən yardımlar azalmadı”

20-03-2017, 13:58
Əflatun Amaşov: “Azərbaycan dövləti tərəfindən mediaya edilən yardımlar azalmadı”
Sputnik.az xəbər verir ki, son bir ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Qəzetlərin satışı çox zəifdir, reklamlardan gələn gəlirlər də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, xarici valyutanın, əsasən də dolların bahalaşması müəyyən problemlər yaradıb: “Bu problemlər medianın durumunu da çətinləşdirdi. Media bazarında kağızın qiymətinin artmasıyla nəticələndi, çap xərcləri çoxaldı”.

“Çap mediasına yardım edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən həyata keçirilir. Bir sıra sahələrə edilən yardımların azalmasına baxmayaraq, mediaya ayrılan yardımlar azalmadı. İnanıram ki, internet üzərindən fəaliyyət göstərən media vasitələri də dövlətin yardımından yararlana biləcəklər” – deyə o bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]