Media

QANUNSUZ HƏBS EDİLƏN JURNALİSTİN VƏKİLİ ELÇİN SADIQOV DANIŞDI... - "MƏN ZAKİR FƏRƏCOVDAN HEÇ ZAMAN ÜZR İSTƏMƏYƏCƏM" İKRAM RAFİQOĞLU

25-12-2016, 18:23
Tanınmış hüquq müdafiəçisi Elçin Sadıqovun sosial hesabından müvəkkili qanunsuz həbs edilmiş jurnalist İkram Rəhimovun (Rafiqoğlu) həbsinin pərdə arxasında gedən prosseslərdən yazıb. O qeyd edib ki, İkram Rəhimovun ailəsinə Sumqayıt İcra Başçısının adamları ilə xəbər ediblər ki, İkram Rəhimov Zakir Fərəcovdan üzr istəməsə ona azadlıq verilməyəcək. İkram Rəhimovun vəkili redaksiyamıza bildirib ki, jurnalist sona qədər də üzr istəməyəcəyini və azadlığa çıxan kimi Zakir Fərəcovun barəsində bildiklərini və Zeyqəm Hüseynovun sifarişlə onun həbsinin qərarını da verməsindən yazacaq. İkram onuda bildirib ki, Sumqayıt Məhkəməsinin sədri Z.Hüseynovun aldığı tapşırıqlara görə, hakim İlyas Mahmudovun qeyri qanuni qəbul etdiyi qərarın cavabını məhs elə qanun qarşısında onlardan soracaq.

ELÇİN SADIQOVUN ÖZ SOSİAL HESABINDA PAYLAŞDIĞINI SİZƏ OLDUĞU KİMİ TƏQDİM EDİRİK: 

CM-nin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan jurnalist İkram Rafiqoğlunun ailəsini inandırmağa çalışırlar ki, Zakir Fərəcovdan üzr istəsin, üzr istəməsə onu buraxmayacaqlar. Hüquq müdafiəçisi Elçin Sadıqov bildirib ki, ailəsi məndən dəfələrlə xahiş edib ki, İkram Rahimova məlumat verim ki, Zakir Fərəcovdan üzr istəməsə onu buraxmayacaqlarını deyirlər. Ailəsinin sözünü İkram Rafiqoğluna çatdırmışam. Lakin, İkram Rafiqoğlu birmənalı olaraq Zakir Fərəcovdan üzr istəməyəcəyini bildirib.

İkram Rafiqoğlu bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri icra başçısı Zakir Fərəcovun qəbul iclaslarında dəfələrlə iştirak etməsi barədə məlumatı var, ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin onun apellyasiya şikayətinə ədalətli baxacağına ümidi azdır və apellyasiya şikayətinə ilkin baxış iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinə etiraz edəcək və işə başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmasını xahiş edəcək.

Apellyasiya baxışının gələn ay olacağı gözlənilir.

QARŞI TƏRƏFİN MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ...

Administratorla əlaqə

077 611-55-22

[email protected]