Media

Sabah bəzi rayonlarda analoq TV-in yayımı dayandırılacaq

9-12-2016, 13:41
Sabah bəzi rayonlarda analoq TV-in yayımı dayandırılacaq

Sabah Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV-in yayımı dayandırılacaq.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, dekabrın 10-dan bu rayonlarda rəqəmli TV-in yayımı həyata keçiriləcək. Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçirilir.

Analoq yayımın III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada dayandırılması nəzərdə tutulur.

Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-dən isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV-in yayımı dayandırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]