Mədəniyyət

Musiqiçi qızlara cərimə

2-09-2016, 00:20
Sankt-Peterburq musiqi məktəbinin tələbələri Violetta Mixaylova və Lyubov Stratseva Moskvanın Manej meydanında musiqi ifa etdiklərinə görə həbs ediliblər. Moskvada musiqi məktəbinə imtahan verən qızlardan biri məkəbə qəbul olunmadığı üçün geri qayıtmalı olub. Onlar meydanda musiqi parçaları ifa edib bilet pulu yığmaq istəyiblər. Çox keçməmiş arfa və domra musiqi alətlərində gözəl parçalar səsləndirən qızlar həbs edilərək polis məntəqəsinə aparılıb. Onlara İnzibati Xətalar məcəlləsinin 20.2.2 maddəsi ilə(ictimai yerdə icazəsiz aksiya keçirmək) ittiham irəli sürülüb. Avqust ayının 10-da məhkəməyə çıxarılan qızlar 1000 rubl məbləğində(150 dollar) cərimələniblər. Qızlar cərimələnmə hadisəsini "absurd” adlandıraraq, bildiriblər ki, biz qaydaları pozduğumuzu bilirik, amma heç bir pis iş görməmişik, sadəcə, musiqi səsləndirmişik. "Ölkədə nə baş verir, anlamaq çətin, sərxoşluğa görə cərimə məbləği 500 rubldur, heç kəsə ziyanı olmayan musiqiçi qızlara isə ondan da ağır cəza kəsirlər. Məsələyə anlam vermək belə çətindir… ”

Administratorla əlaqə

077 611-55-22

[email protected]