Mədəniyyət

'Qaranlıq yolçuları' adlı sənədli film çəkilir

27-08-2016, 19:32
Media İnkişaf Mərkəzin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi "Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmənin mediada təşkili” adlı layihənin icrasına başlayıb. 

Birlikdən musavat.com-a verilən məlumata görə, layihə çərçivəsində dini radikalizm və onun törətdiyi fəsadlardan bəhs edən 35 dəqiqəlik "Qaranlıq yolçuları” adlı sənədli filmin hazırlanması nəzərdə tutulur. 

Film hazırlanmış araşdırma materiallarının əsasında çəkiləcək. Artıq filmin çəkilişi ilə məşğul olacaq təşkilata müqavilə əsasında sifariş və ssenari təqdim edilib. Filmdə dünyada və xüsusilə də Azərbaycanın yerləşdiyi bölgədə dini radikalizm meylləri və onun fəsadları barədə faktlar və görüntülər yer alacaq, mövzu ilə bağlı mütəxəssislər danışacaq, habelə Azərbaycan Respublikasının dini mühitdə yeritdiyi tolerantlıq siyasətinin faydaları təbliğ ediləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]