Mədəniyyət

İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

19-08-2016, 07:38
İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. 
 
Bunu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən APA-nın İran bürosuna bildirib. 
 
Ə. Türkmən deyib ki, artıq razılıq əldə olunub və yaxın iki ay ərzində tədbirlər baş tutacaq. O bildirib ki, Azərbaycanla İran arasında uğurla inkişaf edən möhkəm dostluq münasibətləri yaranıb: "Bu inkişafa təkan verən əsas amillərdən biri iki ölkə prezidentinin qarşılıqlı səfərləri və görüşləridir. Sevindirici haldır ki, İran və Azərbaycan arasında mədəniyyət günləri davamlı olaraq təşkil olunur.  Bir neçə ay öncə İran kino həftəsinin Azərbaycanda keçirilməsini, Azərbaycan məscidləri sərgisinin Təbrizdə təşkilini və digər bu kimi tədbirləri nümunə göstərmək olar. Biz Azərbaycanla əlaqələrimizi daha da inkişaf etdirməkdə maraqlıyıq. İki ölkə arasında oxşarlıqlar o qədər çoxdur ki, Azərbaycan rəsmiləri ilə hər dəfə hansısa məsələni müzakirə edəndə, iki ölkənin mənafeyinə uyğun faydalı nəticələr əldə olunur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]