Mədəniyyət

Amaliya Pənahova: “MTN rəhbərliyi bizə boyun olmuşdu”

23-07-2016, 13:19

"Adamın heyfi gəlir... Amma neyləyək...”

"15 ildir qanunla, sənədlə Rəşid Behbudov ünvanında yerləşən Şəhriyar adına klubda yerləşmişdik. Bu gün də rəsmi olaraq ünvanımız oradır. Amma təəssüf ki, mənim təşəbbüsümlə orada aparılan təmir axırda onunla nəticələndi ki, bizi oradan xaric etdilər və geri qaytarmadılar”.

Bunu Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova "Yeni Müsavat”a müsahibəsində deyib. A. Pənahova bildirib ki, əvvəlki MTN rəhbərliyi problemin həlli ilə bağlı ona çox boyun olmuşdu: "Biz də başa düşürük ki, bu məxsusi binadır. Amma orda 3 gözəl zal, səhnə var və təsadüfdən-təsadüfə istifadə olunur. Adamın heyfi gəlir... Amma neyləyək...

6 ildir ki, bizi "Dostluq" kinoteatrına yerləşdiriblər, orada məskunlaşmışıq. Hər gün deyirlər ki, təmir olunacaq, amma heç bir şey yoxdur. Ora da elə bil 2-3 arvadlı ailədir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]