Mədəniyyət

Xocalıya həsr etdiyi "QANLI TABUT keçmişə dönüş" adlı qısametrajlı filmin təqdimatı keçirilib

27-02-2016, 16:57

Xocalıya həsr etdiyi "QANLI TABUT keçmişə dönüş" adlı qısametrajlı filmin təqdimatı keçirilibCaspian buziness centre də MAN cinema production - nın Xocalıya həsr etdiyi "QANLI TABUT keçmişə dönüş" adlı qısametrajlı filmin təqdimatı keçirilib 

Xeberman.com xəbər verir ki, mərasimdə  Azərbaycan ictimai-siyasi xadimləri daxil olmaqla xeyli sayda insan iştirak edib.

Tədbirdə çıxış edən araşdırmaçı yazar Zaur Tahirsoy  Filmin əhəmiyyətindən bəhs edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması baxımından önəmini vurğulayıb.

Psixoloq Aytən Ələkbərova qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən 25 ildən artıqdır işğal edilib və təəssüflər olsun ki beynəlxalq qurumlar bu məsələyə lazımı diqqəti göstərmir. Bildirilib ki, "QANLI TABUT keçmişə dönüş"   filmində münaqişə haqqında obyektiv məlumat verilir və Azərbaycana qarşı edilən ədalətsizlik lazımı səviyyədə işıqlandırılır.  .

Xocalıya həsr etdiyi "QANLI TABUT keçmişə dönüş" adlı qısametrajlı filmin təqdimatı keçirilibXeberman.com saytının rəhbəri Polad Aslanov  filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib. Tarixə nəzər salan Polad Aslanov , Dağlıq Qarabağ münaqişəsi zamanı bölgədəki geosiyasi vəziyyət haqqında məlumat verib, problemin yaranmasına təsir edən amilləri təhlil edib. Ölkəmizə qarşı bu amansızlığı törədənlər beynəlxalq hüquq normaları çərçivəsində cəzalarını almadığı müddətdə Azərbaycanın qətiyyətli mövqeyindən dönməyəcəyi vurğulanıb.

Filmi yüksək qiymətləndirən Polad Aslanov , münaqişə haqqında ətraflı məlumat almaq istəyənlər üçün əhəmiyyətli ekran əsəri olduğunu bildirib.

Sonra "QANLI TABUT keçmişə dönüş" adlı qısametrajlı film  nümayiş etdirilib.

Nümayişdən sonra filmin rejissor Elvin Mikayıl  iştirakçıların suallarını cavablandırıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]