Mədəniyyət

"Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii film çəkilib - VIDEO

31-01-2016, 20:29

"Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii  film çəkilib - VIDEOMAN cinema production-ın  tərəfindən   Xocalı soyqırımı haqqında "Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii  film çəkilib.
Xəbərman.com-un məlumatına görə, filmdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alay və erməni birləşmələri tərəfindən törədilən soyqırım   öz əksini tapıb.

Xəbərman.com-a   Elvin Mikail  bildirib ki, "Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii film  Xocalı şəhidlərinə həsr edilib: " Mən bu film  Xocalı şəhidlərinə həsr etdim  . Bir rejissor  kimi bu işi görmək mənim borcumdur. Bizim kimi gənclərə filim sahəsində köməklik olunsa ən yüksək səviyyədə film çəkməyə daima hazırıq. Yetəri ki, işi görən və iş tələb edən cəmiyyət olsun 
Filmin qurluşçu  rejissoru Elvin Mikail,  senari müəllifi  isə Elçin İsamyıl.Filmdə rol alan Əfruz Nəsurlayeva, Pərvanə Manafova, Cavid Azim , Mədinə Əhmədova və psixoloq Aytən Ələkbərova.
Xeberman.com saytı "Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii  filmin anosun təqdim edir

Administratorla əlaqə

077 611-55-22

[email protected]