Mədəniyyət

O, indi Amerikada professordur

12-06-2017, 19:08

“Şaban” kimi tanınan aktyor Kamal Sunalla “Meraklı köfteci” filmində çəkilən aktrisa Gölgen Bengüdən xəbər var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, illər əvvəl ona gələn film təkliflərini qəbul etməyən aktrisa hazırda ABŞ-ın ən məşhur professorlarından biridir. Gölgen aktrisalıq karyerasına son verərək 1977-ci ildən akademik fəaliyyətə başlayıb.

Bengü Amerikadakı “North Karolina A&T State University”də magistraturanı, Klemson Universitetində isə doktoranturanı bitirib. Hazırda isə o, Nyu-Cersi Texnologiyalar Universitetinin mexanika və sənaye mühəndisliyi fakültəsində professordur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]