Mədəniyyət / Maraqlı

Turqay Vəlizadənin diplom tamaşasının nümayişi olundu

22-05-2017, 16:47
Xeberman.com-un verdiyi məlumata görə, rejissorluq üzrə magistr təhsilini başa vuran H.Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram teatrının rejissoru Turqay Vəlizadənin diplom tamaşasının nümayişi olundu. Rejissor Turqay Vəlizadə Gürcüstanda fəaliyyət göstərən və Gürcüstanda Tbilisidə Şota Rustaveli adına Tbilisi Dövlət teatr və kino universitetinin magistr dərəcəsi olan ilk Azərbaycanlı rejissoru adına layiq oldu. Turqay Vəlizadə 10-a qədər teatr və 2 radio tamaşanın quruluşçu rejisorudur. Həmçinin beynəlxalq teatr festivallarında və beynəlxalq layihələrdə rejisor kimi iştirak edib. 2015 ildə Litvada beynəlxalq teatr festivalında teatr eksperti kimi də iştirak edib.Bu ayın sonu beynəlxalq layihə çərçivəsində rejissor Turqay Vəlizadə Litvaya N.Dumbadzenin “Didro” əsərinin motivləri əsasında tamaşa qoymağa gedir. Layihə Gürcüstan respublikasının mədəniyyət və abidələrin qorunması nazirliyi tərəfindən dəstəklənir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]