Mədəniyyət

Rusiyadan ABŞ-a nüvə xəbərdarlığı

29-04-2017, 22:51

Qərbin Rusiyanın nüvə təhdidinin artması ilə bağlı səsləndirdiyi iddialar həqiqətə uyğun deyil.

Xeberman.com Axar.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

“ABŞ Avropaya yenilənmiş nüvə bombaları yerləşdirməyə çalışır. Bu cür silahlar “siyasi mahiyyət”indən çıxaraq, “müharibə meydanında istifadə edilən silahlar”a çevrilib. Eyni zamanda Rusiyanın nüvə təhdidinin artması ilə bağlı yayılan iddialar da uydurmadır. Qərb bununla ictimai fikri çaşdırmağı hədəfləyir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, ABŞ Baltikyanı ölkələrdə diviziya sayının arıtırılmasını hədəfləyir.

Eyni zamanda fövqəl dövlətin Ruminiyada da havadan müdafiə sistemləri yerləşdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]