Mədəniyyət

Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək

14-04-2017, 18:34

Aprelin 18-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq artisti Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək.

İttifaqdan Xeberman.com-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.

“Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni” adlı konfransda respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Konfrans çərçivəsində unudulmaz sənətkarın həyat və yaradıcılığından ibarət fotosərgi açılacaq, yorulmaz sənət fəaliyyətinə nəzər salınacaq.

V.A.
www.Xeberman.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]