Mədəniyyət

Azərbaycanın əməkdar artisti dünyasını dəyişib

22-03-2017, 00:45
Azərbaycanın əməkdar artisti dünyasını dəyişib
Report xəbər verir ki, aktyor martın 21-də dünyasını dəyişib.

Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram Teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən Rus Dram Teatrına qayıdıb.

O, bu illər ərzində teatr səhnəsində bir çox obrazlar canlandırıb. Onun yaratdığı Nikita (A.Arbuzov, "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov, "Kaliforniyada dəfn"), Lukin (M.Qorki, "Vəhşilər"), Bayandur (İ.Əfəndiyev, "Büllur sarayda"), Ralf (R.Baer, "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə, "Nonsens"), Qraf Kent (U.Şekspir, "Kral Lir"), Həkim (K.Hiqqins, "Qarold və Mod") kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Aktyor 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Administratorla əlaqə

077 611-55-22

[email protected]