Mədəniyyət

Amerikalı məşhur aktyor Arnold Şvartsneqqerin yeni filminin treyleri - Video

9-02-2017, 03:03

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, real hadisələr üzərində çəkilmiş filmin rejissoru Elliot Lester, prodüseri Darren Aranofskidir.

Film 2002-ci ildə Badem gölü üzərində iki təyyarənin toqquşmasından sonra ailəsini itirən rusiyalı arxitektur Vitali Kaloyevanın həyatına həsr olunub. Vitali obrazını Arnold canlandırır. İnsanların ölümündə günahlandırılan təyyaraçi obrazında isə aktyor Skut Makneri oynayır.

Xatırladaq ki, 2002-ci ildə baş vermiş faciədə 52-si uşaq olmaqla, 71 nəfər həlak olmuşdu. Vitali incident zamanı ailə üzvlərinin hamısını itirmişdi. O, 2005-ci ildə qisas almaq üçün hadisədə günahlandırılan təyyarəçini öldürmüş və həbs olunmuşdur. Lakin özünü həbsxanada ədəbli apardığı üçün iki ildən sonra Kaloyeva azadlığa buraxılmışdı.




Administratorla əlaqə

077 611-55-22

[email protected]