Mədəniyyət

Təzə bəy əsəbiləşdi: "Tərbiyəsizlər.."

26-12-2015, 18:50
Təzə bəy əsəbiləşdi: "Tərbiyəsizlər.."Ötən gün "JW Marriott Absheron" otelində toyu olan əməkdar artist Tahir İmanovun adından saxta facebook profili açılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Əməkdar artistin oğurlanan profili vasitəsi ilə dostluqlar göndərilir, məlumatlar paylaşılır.

Xeberman.com-un xəbər verir ki, hadisəylə bağlı Tahir İmanov musavat.com-a açıqlama verib. O, bildirib ki, onun heç bir zaman facebook profili olmayıb, adı çəkilən profil saxtadır:

"Mənim adımdan nalayiq sözlər yazılıb. Onlar şərəfsiz, simasız, tərbiyəsiz insanlardır".

Əməkdar artist bununla bağlı məhkəməyə müraciət etməyəcəyini də deyib:

"Onlar ən böyük məhkəməyə layiqdir, bu da Allahın cəzasıdır. Dəyərli vaxtımı bu cür olaylara sərf etmək istəmirəm".

Xatırladaq ki, ötən gün Tahir İmanovun toy mərasimi keçirilib. Məlumata görə, onun ailə qurduğu xanım tanınmış model Nigar Əliyevadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]