Mədəniyyət

Mingəçevir Dram Teatrının rəhbərinə keçmiş işçidən ağır ittihamlar – VİDEO

23-12-2015, 20:31
Ömrünün 13 ilini teatra fəda edən İbrahim Salamov da Səxavət Məmmədovun zülmünə tuş gələnlərdəndir desək yanılmarıq.Beləki, Bolgexeber.com-a üz tutan şikayətçi bildirir ki,son günlər Mingəçevir Dövlət Dram Teatrının adı bəzi saytlarda və sosial şəbəkədə hallanır. Səbəb kimi isə, teatrda özbaşınalıq, sənət adamlarının sıxışdırılması, kimlərinsə qanunsuz olaraq işdən çıxarılması və başqa bu kimi faktlar göstərilir. Teatrın rəhbəri Səxavət Məmmədov "burda mənəm Bağdadda kor xəlifə” sözünü rəhbər tutaraq "at oynadır” desək yeridir. Ömrünün 13 ilini teatra fəda edən İbrahim Salamov da Səxavət Məmmədovun zülmünə tuş gələnlərdəndir. İbrahim bəyin sözlərinə görə teatr rəhbəri Səxavət Məmmədov onunla hər zaman qərəzli davranıb.Məhz buna görə də, onun icazəli olub,işə gəlməmiyini bəhanə edərək, işdən çıxarıb. Şikayətçinin sözlərinə görə Səxavət Məmmədov teatra heç bir aidiyyatı olmayan biridir.Yəni o,teatr sahəsi üzrə təhsil almayıb. Sonda İbrahim Salamov Mədəniyyət və Turizm Nazirliyinə, Baş Prokurorluğa rəsmi qaydadada müraciət etdiyini vurğuladı və əlavə olaraq bildirdi ki,Avropa Məhkəməsinə o cümlədən, Ali Məhkəməyə də müraciət etməyi düşünür
 .

Administratorla əlaqə

077 611-55-22

[email protected]