Maraqlı

Qadın 17 aydır hamilədir və doğmur...

19-08-2016, 06:20
Çində yaşayan qadının 17 aylıq hamiləliyi dünyanı şoka salıb. Lenta.ru saytının xəbərinə görə, bu faktora görə qadın rekorda imza atıb.

Van Şi adlı qadının dediyinə görə, o, 2015-ci ilin fevral ayında hamilə qalıb. Qadın 2015-ci ilin noyabr ayında körpəsini dünyaya gətirməli olsa da, durumunda heç bir dəyişiklik baş verməyib. "Həkimlər deyir ki, 13 aylıq hamiləlikdən sonra uşaqlarını dünyaya gətirən qadınlar var, amma bu hadisə istisnadır”.

Həkimlər 18 ay davam edən hamiləliyin səbəbini açıqlaya bilmirlər. Amma onlar hamilə qadının səhhətinə hər hansı təhlükə olmadığını deyirlər. Bətndəki körpənin çəkisi isə 3.8 kiloqramdır.  "Shanghaiist” nəşrinin yazdığına görə, həkimlər Şidən xahiş ediblər ki, ultrasəs müayinəsindən keçsin, amma o, bunu rədd edib. Qadını müayinə edən həkimlərdən biri isə deyib ki, onun fikrincə, qadın hamiləliyinin 38-ci həftəsindədir. 

Həkimlər onun hamiləliyinin müddəti barədə hər hansı sübuta malik deyillər. Yəni hər kəs Şinin sözlərinə əsasən, onun 17 aydır hamilə olduğunu deyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]