Maraqlı / İslam

30 yaşında 14 elmi öyrənən əhli sünnə alimi.

9-05-2016, 20:18

Ey elm öyrənməkdən yorulan dostum! 30 yaşında 14 elmi mənimsəyən şəxsdən ibət al.


Mədəndə işləyən və öz sahəsində mahir olan Səkkaki, şaha layiq olacaq şəkildə, böyük məharətlə çox zərif qab və kilid düzəltmişdi. Məharəti haqda şahdan təqdir gözləyirdi. Əvvəldə gözlədiyi kimi şah tərəfindən təqdir və təşviq olundu lakin, bir hadisənin baş verməsi düşüncəsini və həyat yolunu tamamilə dəyişdirdi.

Şah o sənət əsərini seyr edən zaman bir alimin gəldiyini xəbər verdilər. Şah ailmlə söhbətə elə daldı ki, Səkkakinin sənət əsəri və məharəti tamamilə fikrindən çıxdı. Bu mənzərəni görən Səkkakinin ruhunda böyük dəyişiklik baş verdi.

Gördüyü işdən ötrü gözlədiyi təşviq və təqdiri almadığını, bütün ümid və arzularının yersiz olduğunu başa düşdü. Səkkakinin yüksəklərdə uçan ruhu rahatlıq tapa bilmirdi. İndi nə edəcəkdi? O alim kimi olmaq və eyni yolu davam etdirmək qərarına gəlir.

Dərs və kitab arxasınca getməyi, itmiş ümid və arzularını o yolda axtarmağı, gənclik dövrünü başa vurub yetkin bir adam kimi yeni yetişən uşaqlarla birgə oxumasını, hər şeyi yenidən başlamağın asan iş olmadığını və bütün bunlarla yanaşı başqa çıxış yolunun da olmadığını uzun-uzadı düşündü.

Hamısından pis bu idi ki, dərs oxumağa başladığı zaman, özündə heç bir istedad görmürdü. Onun illərdir ki, öz sənəti (dəmiçilik) ilə məşğul olması, elmi və ədəbi zövqünü dondurmuşdu. Amma nə yaşının ötməsi və nə də istedadın olmaması onu almış olduğu bu qərardan döndərə bilmədi. Nəhayət bu hadisə baş verdikdə tam ciddi şəkildə təhsillə məşğul olmağa başladı. Ona Şafii fiqhini öyrədən müəllim ona bu şəri məsələni öyrətdi: "Müəllim it dərisinin aşılamaq yolu ilə paklana biləcəyi əqidəsində idi.”

Səkkaki bu cümləni imtahan zamanı doğru söyləmək üçün dəfələrlə təkrarladı. Lakin cavab verərkən belə dedi: "İtin əqidəsi budur ki, müəllimin dərisini aşılamaq yolu ilə paklamaq olur.”

Orada olanlar ona güldülər. Ağarmış saqqalıyla dərs oxumağa həvəs göstərən bu yaşlı adamın bu istedadla bir yerə çata bilməyəcəyi aydın oldu. Səkkaki artıq mədrəsə və şəhərdə qala bilmədi. Biyabana üz tutdu. Bu geniş dünya ona dar gəlirdi. Təsadüfən bir dağın kənarına gəldi. Yüksəkdən suyun damcı-damcı bir qayaya damladığın və nəhayətdə qayanı yardığını gördü. Bu mənzərə qarşısında bir an düşündü və "Ey Səkkaki! Sənin başın (zehnin) bu daşdan daha möhkəm deyil və su da elmdən daha rəvan və yumşaq deyil.”

Bu hadisədən sonra o qədər çalışdı ki, istədiyinə çatdı və Sərf, Nəhv olmaqla 14 elmi bir kitabda cəm etdi ki, bu gün o kitab "Miftahul-ulum – "Elmlərin açarı” adı ilə tanınır və hər bir elm əhlinin stolüstü kitabına çevrilib. Səkkaki bu gün də əhli sünnət dünyasında alimlər içərisində mötəbər alim kimi tanınır və ona İmam Səkkaki deyə müraciət olunur.


 

 

30 yaşında 14 elmi öyrənən əhli sünnə alimi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]