Maraqlı

Oğlunun dəfn mərasimini yarımçıq qoyan həkimin təsirili həyat hekayəsi. (hekayə)

1-04-2016, 20:24

Cərrahın telefonu zəng çaldı:
-Bəli, eşidirəm.
-Cənab həkim, ağır xəstə var, özünüzü çatdırın.
"Gəlirəm" –deyib həkim tələsik yola düşdü.
Həkimi xəstəxanada ağır xəstənin atası qınaqla
qarşıladı:
-Mənim oğlum ölüm ayağındadır, nə üçün
gecikirsiniz?! Öz oğlunuz olsaydı belə edərdinizmi?!
Cərrah dedi:
-Mənə xəbər çatan kimi tələsik gəlmişəm. Birdə unutmayın ki, həyat və ölüm Allahın əlindədir. Cərrah əməliyyat otağına daxil oldu. Əməliyyat ikisaat çəkdi.Cərrah otaqdan çıxıb dəhlizdəki atanın yanındansakitcə ötüb keçdi. Ardınca köməkçi həkim çıxdı.Ataya "oğlunuz yaşayacaq” – dedi. Ata bir an sevindi. Sonra yenə qəzəblənib dedi:
-Cərrah pis adamdır. Nə olardı çıxanda mənə xoş
xəbər verəydi?!
Köməkçi həkim cavab verdi:
-Cərrahın oğlu avtomobil qəzasında dünyasını dəyişib. Biz həkimi dəfn mərasimindən çağırdıq. O gözəlinsandır. Oğlunun dəfn mərasimi başa çatmamışsizin oğlunuzu xilas etmək üçün xəstəxanayagəldi...

Oğlunun dəfn mərasimini yarımçıq qoyan həkimin təsirili həyat hekayəsi. (hekayə)

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]