Maraqlı

"WhatsApp” yazı şriftləri ilə bağlı yenilik etdi.

31-03-2016, 17:31

 

"WhatsApp” daha bir ilkə imza atıb. Regioninfo xəbər verir ki, ilk olaraq "WhatsApp” yazı şriftini dəyişib. Bundan sonra istifadəçilər qalın və kursiv həm də üzərində xətt çəkilmiş yazı şiriftlərindən istifadə edərək mesaj yaza biləcəklər.

Qalın şiriftlərlə yazmaq istədikdə cümlənin əvvəlində və sonunda ulduz işarəsi (*), kursiv hərflərlə mesaj göndərmək üçün cümlənin əvvəlində və sonunda aşağıdan xətt (_), sözlərin üzərindən xətt çəkilməsi üçün isə təqribi bərabərlik (~) işarəti qoymaq lazımdır.

56fca9

Bundan başqa, mesajları arxivləmək, oxunmamış kimi göstərmək, qrupdan çıxmaq kimi əmrləri tək həmlədə edə biləcəksiniz. Eləcə də mesajlaşma xidmətinin çoxlarının bəyənəcəyi yeniliyi tək rəngli divar kağızlarının mövcudluğu olacaq.

Qeyd edək ki, "Beta” yenilənmədən sonra istifadəçilər tədricən bundan istifadə etməyə başlayacaqlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]