Maraqlı

Heyvanların 15 illik dostluğu

6-03-2016, 22:58
ABŞ-ın Corciya ştatında yerləşən Noah Ark heyvanxanasında qeyri-adi dostluq nümunəsi yaşanır.

Xeberman.com BBC-yə istinadən xəbər verir ki, Balu adlı ayı, Leo adlı şir və Şer Xan adlı pələng bir an ayrı gəzmir, birlikdə yeyir və birlikdə yatırlar.

Bu üçlü 2001-ci ildə bir evə təşkil olunan narkotik əməliyyatı zamanı tapılıb və rəsmilər tərəfindən heyvanxanaya təslim edilib.

Heyvan baxıcılarından biri olan Allison deyir: "Xilas olunduqları vaxtdan bəri biri-birilərinə necə bağlı olduqlarını gördük. Heyvanlar balaca olanda başqa heyvanlarla bir arada olma hissinə sahib olurlar, buna görə də əvvəlcə təəccüblənmədik. Bizi heyrətləndirən onların yeniyetməlik çağında ayrı qala bilməmələri oldu”.

Günlərin bir günü ayı əməliyyat olunmaq üçün baytarlıq klinikasına aparılıb. Balu getdiyi üçün digər dostlarının keyfi qaçıb.

"Özlərini çox narahat apardılar. Onların necə bir dost olduqlarını o vaxt başa düşdük ” deyə Allison bildirib.

Heyvan baxıcısı onu da qeyd edir ki, Balu 317 kiloya sahib, ağırbaşlı, ətrafını vecinə almayan, halından məmnun olan bir ayıdır. O, həm də qrupun lideridir.

Şir  isə 226 kilodur, çox ciddi bir heyvandır. Qısır olduğu üçün dişi kimi görünsə də əslində erkəkdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]