Maraqlı

Həbs edilmiş dövlət başçıları: kim, nə üçün? - FOTOLAR

26-01-2016, 10:38
Həbs edilmiş dövlət başçıları: kim, nə üçün? - FOTOLAR
Hakimiyyət sükanını ələ keçirmək o qədər də asan məsələ deyil. Dünyanın ayrı-ayrı dövlət başçıları, diktatorlarının hakimiyyətə gedən yolları bəzən həbsxanalardan keçib. Onlar uzun müddət azadlıqdan məhrum ediliblər.
 
Publika.az dünyanın həbsxana həyatı yaşamış dövlət başçılarının adlarını təqdim edir:
 
SSRİ-nin qurucularından olmuş Vladimir İliç Lenin bolşevikləri, ayrı-ayrı vətəndaşları Rusiyadakı dövlət quruluşunun dəyişilməsinə çağırış etdiyinə görə 1895-ci ilin dekabrında həbs edildi. Bir ildən çox həbsxanada cəza çəkən Lenin, 1897-ci ildə Yenisey quberniyasının Minusinsk rayonunun Şuşenskoe kəndinə sürgün olundu.
 
Birinci Dünya Müharibəsi başlayanda Lenin Avstriya-Macarıstanın ərazisindəki Poronində yaşayırdı. O, bir qədər sonra Rusiya hökumətinin xeyrinə casusluqda şübhəli bilinərək Avstriya jandarmı tərəfindən həbs edildi.
 
Avstriya parlamentinin sosialist deputatı V.Adler onun azad olması üçün qollarını çırmadı. Deputatın bu köməyi işə yaradı. Lenin 1914-cü ilin 6 avqustunda həbsxanadan buraxıldı.
 
SSRİ-nin ən uzunömürlü və ötən əsrin ən qanlı diktatoru kimi tarixə düşmüş İosif Vissarionoviç (Cuqaşvili) Stalinin də hakimiyyətə gedən yolu  asan olmayıb. O, 7 dəfə həbs edilib, 6 dəfə həbsdən qaçıb.
 
Stalin yalnız birinci dəfə siyasi motivlərə görə dəmir barmaqlıqlar arasına düşüb. Onun digər həbsi soyğunçuluq, qarət kimi cinayət əməllərinə görə olub.
 
Partiyanın xeyrinə müxtəlif cinayətlərə əl atan İosif Cuqaşvili solçuların, xüsusən gənclərin  ideoloji mübarizələri üçün hər şeyə hazır idi.
 
Onun "şəxsi cinayət hesabında" Tiflisdə "əsrin soyğunçuluğu” adlandırılan qarət də daxildir. Cuqaşvili dostu Kamoyla birlikdə 250 min lari pulu ələ keçirmişdi.
 
Bir çoxları iddia edir ki, Tiflisdə bank pulunu aparan müşayiətçi dəstəsinə öz azğınlığı ilə seçilən cinayəti məhz Stalin təşkil edib. Cuqaşvilinin rəhbəri olduğu dəstə Bakı neftçilərini qorxuda saxlayırdı.
 
Tiflisdə həbs ediləcəyindən ehtiyat edən Stalin bir müddət sonra özünün əsas fəaliyyətini Bakıya yönəltdi. İmperator birinci Nikolayın paraxoduna hücum onun "yaradıcılığı”nın zirvəsini təşkil edirdi.
 
Stalinin tarixi rəqibi, Üçüncü reyxin birinci reyxskansleri Adolf Hitler də hakimiyyəti qəsb etmək üçün cinayətlərə əl atırdı. 
 
1923-cü ilin 8-9 noyabrında Münhendə təşkil etdiyi uğursuz qiyam Hitlerin Landsberqdəki qala-həbsxanaya düşməsilə nəticələndi. Lakin həbsxana həyatı heç də çətin deyildi.
Hitler istədiyi vaxt dincəlir, digər məhbuslar isə onun kamerasını təmizləyirdilər. O, burada "qəbul” da keçirir, "Mənim mübarizım” kitabını əvvəlcə Emil Morisə, sonar isə Rudolf Hessə diktə etdirirdi.
 
1976-cı ildən öz səlahiyyətlərini daha da genişləndirərək Kubanın Dövlət Şurasının sədri vəzifəsinin səlahiyyətlərinin icrasına başlamış, 2008-ci ildə müxtəlif səbəblərlə əlaqədar bu postdan istefa vermiş Fidel Kastro hakimiyyət uğrunda mübarizəyə elə hərbi üsulla başladı. 1953-cü ilin 26 iyulunda Santyaqodakı Monkada kazarmasına hücum etmiş Fidel Kastro diktator Fulqeniko Batistanın hakimiyyətdən devrilməsinə can atdı.
 
Döyüş üsyançıların məğlubiyyəti ilə başa çatdı. Amma Kastro geri çəkilməyi bacardı və bir müddət kəndlərdən birində gizləndi. Sonradan həbs edilmiş Fidel Kastro məhkəmədəki cəsarətli çıxışları ilə dıqqəti cəlb etdi.

"Tarix mənə bəraət qazandıracaq" – deyən Kastro həm də "Əgər bir ölkənin rəhbəri cinayətkardırsa, onun vicdanlı vətəndaşları həbsxanada çürüməyə məhkumdur” sözləri ilə əbədləşdi. Azadlıqdan  15 il müddətinə məhkum edilmiş Kastro 1955-ci ildə Batista tərəfindən bağışlanıldı. Bundan 4 il sonra Kubada hakimiyyət dəyişildi. Kastro dövlət başçısı sükanını ələ keçirdi.
 
Cənubi Afrika Respublikasının dövlət başçısı, birinci qaradərili prezident Nelson Mandela da ömrününü bir hissəsini dəmir barmaqlıqlar arasında keçirib.  
 
1962-ci ilin 5 avqustunda həbs edilmiş Mandela 17 aylıq qaçışlardan sonra tutulub Yohannesburq həbsxanasına göndərildi. Yeri gəlmişkən, onun yerinin müəyyənləşdirilməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin də müəyyən xidmətləri vardı.
Elə həmin ilin 25 oktyabrında azadlıqdan 5 il müddətinə məhrum edilən Mandela dəmir barmaqlıqlar arasında olsa da, bütün dünyada məşhurlaşdı.   
 
Venesuela prezidenti Uqo Çaves də həbsxana həyatı yaşamış siyasətçilərdəndir. 1992-ci ilin fevralında Karakas küçələrinə çıxan  Uqo Çavesin komandanlıq etdiyi ordu birləşməsinin rəsmiləri bildirdilər ki, onlar hakimiyyətin ələ keçirilməsini planlaşdırmırlar. Sadəcə onun yenidən qurmaq üçün Təsisedici Məclisin yaradılmasını istəyirlər.

Fevralın 4-də, günorta radələrində hakimiyyətə təslim olan Çaves baş verənlərə görə, məsuliyyəti öz üzərinə götürdü və azadlıqdan məhrum edildi.

Bir neçə il sonra hakimiyyətə gələn Çaves ölkəsində bir sıra islahatlar keçirdi.

Qaynar.info

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]