Maraqlı

Azərbaycanlı ailənin ABŞ-da böyük uğuru

15-06-2017, 18:09

Şərifovlar ailəsi 2011-ci ildə “Green Card” qazanaraq ABŞ-a miqrasiya ediblər və ailənin bütün üzvləri “Washington Bothell” Universitetinə daxil olub.

Xeberman.com 1news.az-a istinadən məlumat verir ki, Nərminə və Elnurun anası Lalə xanım xərçəng xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, təhsilini davam etdirib.

Təhsil ilə yanaşı, Lalə xanım kimya və radioterapiya kursları alıb, üç dəfə əməliyyat olunub.

Hazırda Şərifovlar ailəsi “beşqat” qələbəni qeyd edirlər: ailənin bütün üzvləri “Washington Bothell” Universitetini fərqlənmə ilə bitiriblər, Lalə xanım isə həm də xərçəng xəstəliyinə qalib gəlib.

Elnur Şərifov biokimya, Lalə xanım və onun həyat yoldaşı Emil bəy isə mühasibatlıq fakültəsini təhsil alıblar. “Hüquq, cəmiyyət və hakimlik” fakültəsini bitirən Nərminə Şərifova isə 2017-ci ildə həmçinin Prezident medalı da qazanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]