Maraqlı

Trendə çevrilən “spinner” stressi azaldır? – VİDEO

24-05-2017, 12:54

Son zamanlar dünya ölkələri ilə yanaşı, Azərbaycanda da “stress çarxı” adlanan oyuncaq trend halına gəlib. Bir çox ölkələrdə, demək olar ki, insanlar əl-əl bu oyuncağı axtarır. Belə hesab olunur ki, bu oyuncaq stressi azaldır, insanı sakitləşdirir. Bu, həqiqətənmi belədir?

Xeberman.com Xəzər TV-yə istinadən xəbər verir ki, deyilənə görə, bu oyuncaq stress və həyəcanı dəf etməyə kömək edir.

İnternetdə bu oyuncaq haqda yazılarda bildirilir ki, “stress çarxı” həm barmaqların hərəkətliliyini, həm də beynin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. Dırnaq yemə, barmaq xırçıldatma kimi vərdişlərdən azad olmağa kömək edir.

Spinnerlər müxtəlif qiymətə satılır. İndi demək olar ki, bütün oyuncaq mağazaları və dəftərxanalarda ən çox satılanlar arasındadır.

Psixoloqlar isə deyir ki, bu oyuncağa əyləncə kimi yanaşmaq daha məqsədəuyğundur, nəinki stress atmaq üçün. Çünki çox istifadə fəsadlar da verə bilər.

Buna görə də valideynlər uşaqlarının spinnerlə daha çox vaxt keçirməsinə yol verməsinlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]